Bloq Arxivləri

Gecə başıma gələn hadisə

Dünən gecə Budapeşt şəhərinə yola düşməli idim, amma səfərim məndən asılı olmayan səbəbdən təəssüf ki, baş tutmadı. Axşam yaşadığım Traunreut şəhərindən Traunstein şəhərinə qatarla getdim. Hərçənd avtostopla getməyi planlaşdırırdım. Gec olduğuna görə, demək olar ki, heç bir maşın gözə dəymirdi. Ona görə də 3,60 avrodan keçib, qatarla getmək qərarına gəldim. Bu yazının davamını oxu

Advertisements

Traunstein

Travel LogoXarici ölkələrin şəhərlərinə səyahətlər davam edir.  Bir müddətdir ki, səyahətlər bölməsinə aid foto bloq post paylaşmırdım. Artıq həmin zaman yetişdi və qərara gəldim ki, sizi olduğum Almaniyanın Traunstein şəhəri ilə tanış edim. Fotoları paylaşmamışdan öncə şəhərin tarixi haqqında biraz məlumat vermək istəyirəm. Traunstein şəhəri ilə mən yaşadığım Traunreut şəhərini təqribən 12 km uzaqlıqda məsafə ayırır. Şəhər Almaniyanın cənubunda, Yuxarı Bavariya torpağında və Traun (Alz) çayının sahilində yerləşir. Şəhərin adını belə xarakterizə etmək olar: Traun – çay, Stein – daş Bu yazının davamını oxu