Bloq Arxivləri

Əsgər ölümlərinə qarşı etiraz aksiyası

Əsgər Ölümlərinə SONBugün hamıya məlum olduğu kimi gənclər Fəvvarələr meydanında “Əsgər Ölümünə SON” adlı etiraz aksıyası keçirdi. Facebook`da 15 mindən çox aksiyaya qatılacağını bildirmişdi. Minlərlə aksiya iştirakçıları “Əsgərlər ölməsin, ordu morqa dönməsin!” “Şəhdilər ölməz, Vətən bölünməz” “Əsgər Ölümlərinə SON!” səsləndirirdilər. Gənclərlə yanaşı öldürülmüş əsgərlərin valideynləri də etiraza qoşulmuşdu. Buyurun, foto və videolara baxın. P.S. Fotoların keyfiyyətsizliyinə görə üzrlü sayın, mobil telefonla çəkmişəm.

Bu yazının davamını oxu

Advertisements

«Ümumdünya insan hüquqları günü»

10 dekabr Ümumdünya insan hüquqları günüdür. İctimai Palatanın Fəvvarələr meydanında bugünə təyin etdiyi aksiyada Müxalifət, AXCP, ADP partiyasının üzvləri iştirak edirdilər. Müxalifətin saytına istinadən 66 nəfər aksiya iştirakçısı saxlanılıb. Bu yazının davamını oxu

Gənclərin «Gələcək Naminə» mitinqi

Dünən martın 17-də Bakıda gənclərin «Gələcək Naminə» mitinqi baş tutdu. Bir qədər haşiyəyə çıxaraq bildirim ki, əslində bu yazını dünən mitinqdən sonra yazıb, paylaşmalı idim. Amma məndən asılı olmayan səbəblərdən bu gün yazmalı oluram. Nə isə, keçim əsas mətləbə… Bu yazının davamını oxu

Xocalı – 20 il

Bu gün Xocalı soyqırımının 20 ili tamam oldu. Soyqırım ilə əlaqədar olaraq dünyanın bir çox ölkələrində anım mərasimləri keçirildi. Ən böyük izdihamlı aksiya isə Türkiyənin İstanbul şəhərində keçirildi. Məlumata görə Taksim meydanında 300 000 adam toplaşaraq, “Hamımız Xocalılıyıq”, “Qarabağ bizimdir, bizim olacaq”, “Xocalıya ədalət” səsləndiriblər. Mitinq yürüşündə orada təhsil alan tələbələr, yaşayanlar həmçinin bir neçə müğənnilərimiz də qoşulublar. Bu yazının davamını oxu