Bloq Arxivləri

Azərbaycanda zəlzələ baş verdi

Bir neçə dəqiqə bundan qabaq Azərbaycanda zəlzələ baş verdi. Zəlzələnin episentri Bakıda olsa da Gəncədə də hiss olundu. Bu xəbər sosial şəbəkələr, Facebook və Twitter`də sürətlə yayılmağa başladı. Zəlzələ ilə bağlı bu bloq post tez-tez yenilənəcəkdir.   Bu yazının davamını oxu

Advertisements

Şəhidlərin xatirələrini əbədiləşdirən insan

"Qızıl Ulduz" medalıBugün videosuna baxdıqdan sonra “Şəhidlərin xatirələrini əbədiləşdirən insan” adlı bloq post yazmaq fikrinə düşdüm. Gəncədə yaşayan Elnarə Tağıyeva adlı bir qadın haqda sizə də məlumat vermək istəyirəm. Deməli bu qadın 21 ildir ki, milli qəhrəmanlarımınızın şəxsi əşyalarından ibarət evinin bir otağında kiçik guşə düzəldib. Bu yazının davamını oxu

Analoqu olmayan səkilər

Hə, hörmətli oxucular bu dəfə sizə «Analoqu olmayan səkilər» və onların sakinlərə yaratdığı çətinlikilər haqqında məlumat vermək istəyirəm. Daha doğrusu göstərmək istəyirəm ki, şəhərim Gəncə necə sürətlə inkişaf edir. Özüdə inkişaf elə yazının adı kimi analoqu olmayan şəkildə aparılır ki gəl görəsən. Yeni səkilərin həqiqətən də tayı bərabəri, bir sözlə analoqu yoxdur. Bu yazının davamını oxu

Tarixi müasirləşdirilmiş binalar

Haqqında yazacağım mövzu yəqin ki, bir çoxlarınıza maraqlı olacaq. Amma düşünürəm ki, maraqlı olacağı qədər də düşündürücü olacaqdır. Yazının adından da göründüyü kimi “Tarixi müasirləşdirilmiş binalar” barədə olacaq. Bu binalar Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Cavad Xan (keçmiş Sabir küçəsi) küçəsindədir. Gəncədə yaşayanlar yaxşı bilir ki, hələ yayda şəhərdə dağıntı, söküntü işlərindən camaat təngə gəlmişdi. Quruculuq işləri adı altında bir neçə tarixi binanın üzü aqlaylandı və ya tamamilə məhv edildi. Şəhərin mərkəzində yaşı 200 dən çox binanı yerlə yeksan etdilər. Bu yazının davamını oxu

Sumqayıt Bloq Günü

Bildiyiniz kimi 3-4 dekabr tarixlərində “Sumqayıt Bloq Günü” tədbiri baş tutmuşdu. Tədbirdə Azərbaycanın bir neçə şəhər və rayonlarından bloqçular dəvət olunmuşdu. Bunlara misal olaraq Bakı, Sumqayıtla yanaşı Gəncə, Şəki, Lənkəran, Göyçay Xaçmaz, İsmayıllını göstərmək olar. Tədbirin açılışı Qafqaz universitetində keçirildi.  Bu yazının davamını oxu