Bloq Arxivləri

Afrika atalar sözləri

Dünən Facebook’da bir nəfərin atalar sözləri haqda statusunu gördüm. Onlar siz bildiyiniz bizim atalar sözləri yox, Afrika ölklərinin atalar sözləri idi. Sizi bilmirəm, amma mən heç vaxt Afrika ölkələrinin atalar sözləri haqda eşitməmişdim. Onları oxudum və çox marağıma səbəb oldu. Qərara gəldim ki, bir neçə Afrika atalar sözləri də əlavə edərək onları ümumi bloqpost halına gətirərək sizinlə paylaşım. Buyurun, oxuyun. Bu yazının davamını oxu

«Molotov kotleti»

Bu gün Milli Məclisdə keçirilən iclas maraqlı açıqlamalarla yadda qalıb. Ən yadda qalan və sosial şəbəkələrdə, xüsusilə Twitter`də #molotovkotleti həşteqi altında müzakirə mövzusu Milli Məclisin üzvü, komissiya sədri, Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov`un çıxışı olub.   Bu yazının davamını oxu

Azərbaycanda zəlzələ baş verdi

Bir neçə dəqiqə bundan qabaq Azərbaycanda zəlzələ baş verdi. Zəlzələnin episentri Bakıda olsa da Gəncədə də hiss olundu. Bu xəbər sosial şəbəkələr, Facebook və Twitter`də sürətlə yayılmağa başladı. Zəlzələ ilə bağlı bu bloq post tez-tez yenilənəcəkdir.   Bu yazının davamını oxu

Dəstək olaq

wpid-931226_681273981898600_1579004445_n.jpg“Mən ev şəraitində iş axtarıram. İşləri görüb sizə gündəlik otçotu göndərəcəm, çünki mən əlil arabasındayam və gəzə bilmirəmki harasa çıxım..
Mən AAF-da (Azərbaycan Alpinizm Federasiyası) tərcüməçi kimi fəaliyyət göstərmişəm. Rus dilindən Azərbaycan dilinə və əksinə məqalələri tərcümə etmişəm. Bakinin prestijli Tədris Mərkəzinin birində reklamçı kimi işləmişəm. Bu yazının davamını oxu

Facebook – 9 il…

Bugün Facebook`un yaradılmasının 9-cu ili tamam olur. Bu illər ərzində dünyada 1 milyarddan çox insan bu sosial şəbəkədə qeydiyyatdan keçib.  Azərbaycan 212 ölkə arasında 996 140 istifadəçi ilə 82-ci yerdə qərarlaşıb. Yeri gəlmişkən, mən 2008-ci ildən Facebook`dan istifadə edirəm. Socialbakers saytının Azərbaycan üzrə statistikasını nəzərinizə çatdırıram.  Bu yazının davamını oxu

Bir taksi sürücüsü ilə söhbət

Dünən Facebook`da dostlarımdan birinin statusundan bir taksi sürücüsü ilə söhbəti haqda maraqlı status oxudum. Qərara gəldim ki, bu maraqlı əhvalatı bloqumda paylaşım. Bu yazının davamını oxu

Markes`in ölümqabağı məktubu

Qabriel Qarsia MarkesDünən Facebook`da səhifələrin birində məşhur Kolumbiya yazıçısı, «Nobel» mükafatı laureatı Qabriel Qarsia Markes xərçəng xəstəliyinə tutulduqdan sonra dostlarına ölümqabağı yazdığı məktubu oxudum və çox bəyəndim. Qərara gəldim ki, siz oxucularala da bu məktubu bölüşüm. Nə vaxt yazıldığını bilməsəm də qısa olaraq onu yaza bilərəm ki, həm düşündürücü həm də təsirli bir məktubdur. Buyurun, oxuyun.  Bu yazının davamını oxu

Əsgər ölümlərinə SON!

Əsgər Ölümünə SONDünən sosial şəbəkələrdə əsgər ölümü ilə bağlı geniş müzakirələr aparıldı. Söhbət Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovdan gedir. Əsgərin ölmə səbəbi ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilidi. Hərçənd fotolardan görünür ki, əsgərin baş və bədənində xəsarət izləri var. Bu da onu deməyə əsas verir ki, əsgər döyülərək öldürülüb.  Bu yazının davamını oxu