Bloq Arxivləri

Azərbaycanda zəlzələ baş verdi

Bir neçə dəqiqə bundan qabaq Azərbaycanda zəlzələ baş verdi. Zəlzələnin episentri Bakıda olsa da Gəncədə də hiss olundu. Bu xəbər sosial şəbəkələr, Facebook və Twitter`də sürətlə yayılmağa başladı. Zəlzələ ilə bağlı bu bloq post tez-tez yenilənəcəkdir.   Bu yazının davamını oxu

Advertisements

Azərbaycan himninə hörmətsizlik

Dünən Şəfa stationuna İnter Baku – Qarabağ oynuna baxmağa getmişdik. Adəti üzrə hər dəfə oyundan öncə himnimiz səslənir. Bu dəfə himnimiz səslənən zaman bir neçə azarkeş hörmətsizlik edərək himnimizi oturaq vəziyyətdə dinlədilər. Bəli, g*ötlərini qaldırıb, himnimizi ayaq üstə dinləməyə əziyyət çəkən azərbaycanlılar var. Buyurun, baxın.

zərdabsız səhiyyəmiz

Bir neçə gün bundan qabaq Salyan rayonun Şəkərli kəndində 6 yaşlı bir qızın ilan sancmasınından ölməsi məni Azərbaycan səhiyyəsi haqda yazmağa məcbur etdi. Təsəvvür edin ki, uşağı ilan sancandan sonra Salyan rayon mərkəzi xəstəxanasına aparıblar. Burada uşağa vurmaq üçün zərdab olmayıb! Həkim deyib ki, ilan uşağın sol əlindən sancıb və biz onun sağ əlindən sistem qoşmuşduq. Bu yazının davamını oxu

Dəstək olaq

wpid-931226_681273981898600_1579004445_n.jpg“Mən ev şəraitində iş axtarıram. İşləri görüb sizə gündəlik otçotu göndərəcəm, çünki mən əlil arabasındayam və gəzə bilmirəmki harasa çıxım..
Mən AAF-da (Azərbaycan Alpinizm Federasiyası) tərcüməçi kimi fəaliyyət göstərmişəm. Rus dilindən Azərbaycan dilinə və əksinə məqalələri tərcümə etmişəm. Bakinin prestijli Tədris Mərkəzinin birində reklamçı kimi işləmişəm. Bu yazının davamını oxu

“Tour d’Azerbaidjan – 2013”

Aprelin 29’dan start götürən “Tour d’Azerbaidjan – 2013” Beynəlxalq Velosiped Turu yekunlaşdı. Turun ilk günü Bakıda keçirildi. Mayın 5’nə kimi davam edən turda Assitent və Tərcüməçi kimi çalışdım. Bu müddət ərzində gördüyümüz işlər gərgin keçsə də zövq aldım. Yeni insanlarla, təşkilatçı və tərcüməçilərlə tanış oldum. Bu haqda çox yazmaq istəmirəm. Odur ki, tövsiyə edirəm ki, çəkdiyim videolara baxasınız 🙂 Bu yazının davamını oxu

“ASAN xidmət”

Bu xidmətdən istifadənin rahatlığı, vətəndaşlara lazım olacaq xidməti və ya bir neçə xidməti yerindəcə, başqa bir yerə getmədən yararlanmasından ibarətdir. Bu yazının davamını oxu

Əsgər ölümlərinə qarşı etiraz aksiyası

Əsgər Ölümlərinə SONBugün hamıya məlum olduğu kimi gənclər Fəvvarələr meydanında “Əsgər Ölümünə SON” adlı etiraz aksıyası keçirdi. Facebook`da 15 mindən çox aksiyaya qatılacağını bildirmişdi. Minlərlə aksiya iştirakçıları “Əsgərlər ölməsin, ordu morqa dönməsin!” “Şəhdilər ölməz, Vətən bölünməz” “Əsgər Ölümlərinə SON!” səsləndirirdilər. Gənclərlə yanaşı öldürülmüş əsgərlərin valideynləri də etiraza qoşulmuşdu. Buyurun, foto və videolara baxın. P.S. Fotoların keyfiyyətsizliyinə görə üzrlü sayın, mobil telefonla çəkmişəm.

Bu yazının davamını oxu

«Ümumdünya insan hüquqları günü»

10 dekabr Ümumdünya insan hüquqları günüdür. İctimai Palatanın Fəvvarələr meydanında bugünə təyin etdiyi aksiyada Müxalifət, AXCP, ADP partiyasının üzvləri iştirak edirdilər. Müxalifətin saytına istinadən 66 nəfər aksiya iştirakçısı saxlanılıb. Bu yazının davamını oxu

Bakı bugün

Bugün Bakıya küləklə müşayət olunan güclü yağış yağdı. Hər dəfə olduğu kimi bu dəfə də yollarda çaylar, gölməçələr əmələ gəldi. Yollarda kollektor və kanalizasiya sisteminin bərbad vəziyyətdə olması və ya ümumiyyətlə olmaması belə bir acınacaqlı halın yaranmasına səbəb olur. Yolları keçdikdə insanlar çətinliklərlə üzləşirdilər. Bu yazının davamını oxu

Bakı Eurovision’a tam «hazır»dır

Bugün Bakıya güclü yağış yağıb. Yağış elə yağıb ki, yollarda sözün əsl mənasında çaylar əmələ gəlib. Bu da insanların gediş-gəlişində çətinliklər törədib. Universitetə gedən yolda və metronun yaxınlığında yollar bərbad vəziyyətdə olub. İnsanlar yollara taxtalar qoyaraq çətinliklə keçməyə cəhd ediblər. Bu yazının davamını oxu