Bloq Arxivləri

Ramil Quliyev haqda 1-2 kəlmə

RamilArtıq hamıya məlum olduğu kimi həmyerlimiz atlet Ramil Quliyev dünən Londonda 200 metrə qaçışda dünya çempionu oldu. O, bu məsafəni 20.09 saniyəyə qət edərək nail oldu. Onun qələbəsi təbii ki, hamımızın sevincinə səbəb oldu. Fikir verdinizsə, Ramil çempionluğunun sevincini yaşayan zaman ilk öncə Azərbaycan bayrağını götürdü.

Bu yazının davamını oxu

Advertisements

Ağdamın simvolu – “Çay Evi”

9878_3vffca53m6Budəfəki bloqpostum Ağdamın simvolu – məşhur “Çay evi” haqdadır. 3 gün bundan qabaq Ağdamın işğalından 24 il keçdi. Bu haqda haqda tvit yazmışdım. Daha sona fikir verdim, 2 il bundan qabaq eyni gündə Ağdama aid olan bir neçə foto paylaşmışam. Bu yazının davamını oxu

«İntihar Körpüsü» & «İntihar Qalası»

Vəziyyət doğrudan da çox kritikdir, yoldaşlar.  Bir çoxlarımızın «İntihar Körpüsü» kimi tanıdığımız və «İntihar Qalası» haqda yazmaq qərarına gəldim. Əvvəlcə «İntihar Körpüsü» haqda yazmaq istəyirəm. Əgər fikir verirsinizsə, son zamanlar ölkədə intihar hallarının sayı artıb. Hətta mən deyərdim ki, kritik həddə çatıb. Son bir ildə nə qədər intihar hallları baş verib. Sanki, sıradan adi hadisədir və bu, heç kimi narahat etmir. Düzdür, hamımız müəyyən qədər bu kimi hallara reaksiya veririk və üzülürük, amma nə faydası? Biz sadəcə üzülürük, amma ortada insan həyatı məhv olur. Bu yazının davamını oxu

II Dünya Müharibəsi – azərbaycanlı partizanlar

1945-ci ilin 13 aprel tarixində İtaliyanın Berqamo şəhərindən 20 km aralıda yerləşən Monte di Neze kəndində 120 nəfər azərbaycanlı döyüşçü nasistlər tərəfindən kütləvi şəkildə qətlə yetirilir. Azərbaycan partizan tarixinin ən maraqlı hadisələrindən biri olan bu olay barədə bizim tarixşünslarımız ciddi bir araşdırma aparmayıblar. Aparılan araşdırmalar isə jurnalistlər tərəfindən aparılıb. Həmin olay barədə: Bu yazının davamını oxu

Azərbaycanda zəlzələ baş verdi

Bir neçə dəqiqə bundan qabaq Azərbaycanda zəlzələ baş verdi. Zəlzələnin episentri Bakıda olsa da Gəncədə də hiss olundu. Bu xəbər sosial şəbəkələr, Facebook və Twitter`də sürətlə yayılmağa başladı. Zəlzələ ilə bağlı bu bloq post tez-tez yenilənəcəkdir.   Bu yazının davamını oxu

Vilnüs Sammiti – 2013

Bildiyiniz kimi bu gün Litvanın paytaxtı Vilnüsdə Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin sammiti keçirildi. Bizim hamımızın səbirsizliklə gözlədiyimiz əsas məqam Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə getməsi üçün viza şərtlərinin sadələşdirilməsi idi. Bu yazının davamını oxu

Qələbəyə görə 100.000$

Sentyabrın 7’də İsrail – Azərbaycan oyununda “1-1” nəticəyə görə millinin hər bir oyunçusuna 60.000 AZN (75.000$), ehtiyatdan oyuna çıxan hər oyunçuya ümumi mükafatın 75%’i, ehtiyada olan oyunçuların isə hər birinə 30%’i pul mükafatı verilib. Hərçənd, AFFA prezidenti Rövnəq Abdullayev bu məsələni təkzib etmişdi və bu məbləğin 60.000 AZN’dən az olduğunu bildirmişdi.  Bu yazının davamını oxu

Prezident seçkilərinin gedişi – mütəmadi yenilənir


Bu yazının davamını oxu

Hamılıqla səs verək!

Hamıya məlum olduğu kimi sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək. Amma bir çox adam buna birmənalı yanaşmır. Fikirləşir ki, “əşi, nəyimə lazımdır?”, “və ya mən getməsəm prezident seçilməyəcək?” kimi ifadələr işlədir. Bu cür yanaşma düzgün deyil. Açığı, bir neçə il bundan qabaq mən də eynən elə düşünürdüm. Vaxt keçdikcə, zaman dəyişdikcə, insanın düşüncə tərzi də dəyişir. İndi düşünürəm ki, bir vətəndaş kimi seçkilərdə iştirak etmək mütləq lazımdır. Bu seçkilərdə bir vətəndaş olaraq hər kəsin bir töhfəsi olmalıdır. Bu yazının davamını oxu

Azərbaycan himninə hörmətsizlik

Dünən Şəfa stationuna İnter Baku – Qarabağ oynuna baxmağa getmişdik. Adəti üzrə hər dəfə oyundan öncə himnimiz səslənir. Bu dəfə himnimiz səslənən zaman bir neçə azarkeş hörmətsizlik edərək himnimizi oturaq vəziyyətdə dinlədilər. Bəli, g*ötlərini qaldırıb, himnimizi ayaq üstə dinləməyə əziyyət çəkən azərbaycanlılar var. Buyurun, baxın.