Bloq Arxivləri

Əsgər ölümlərinə qarşı etiraz aksiyası

Əsgər Ölümlərinə SONBugün hamıya məlum olduğu kimi gənclər Fəvvarələr meydanında “Əsgər Ölümünə SON” adlı etiraz aksıyası keçirdi. Facebook`da 15 mindən çox aksiyaya qatılacağını bildirmişdi. Minlərlə aksiya iştirakçıları “Əsgərlər ölməsin, ordu morqa dönməsin!” “Şəhdilər ölməz, Vətən bölünməz” “Əsgər Ölümlərinə SON!” səsləndirirdilər. Gənclərlə yanaşı öldürülmüş əsgərlərin valideynləri də etiraza qoşulmuşdu. Buyurun, foto və videolara baxın. P.S. Fotoların keyfiyyətsizliyinə görə üzrlü sayın, mobil telefonla çəkmişəm.

Bu yazının davamını oxu

Advertisements

Əsgər ölümlərinə SON!

Əsgər Ölümünə SONDünən sosial şəbəkələrdə əsgər ölümü ilə bağlı geniş müzakirələr aparıldı. Söhbət Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovdan gedir. Əsgərin ölmə səbəbi ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilidi. Hərçənd fotolardan görünür ki, əsgərin baş və bədənində xəsarət izləri var. Bu da onu deməyə əsas verir ki, əsgər döyülərək öldürülüb.  Bu yazının davamını oxu