«İntihar Körpüsü» & «İntihar Qalası»

Vəziyyət doğrudan da çox kritikdir, yoldaşlar.  Bir çoxlarımızın «İntihar Körpüsü» kimi tanıdığımız və «İntihar Qalası» haqda yazmaq qərarına gəldim. Əvvəlcə «İntihar Körpüsü» haqda yazmaq istəyirəm. Əgər fikir verirsinizsə, son zamanlar ölkədə intihar hallarının sayı artıb. Hətta mən deyərdim ki, kritik həddə çatıb. Son bir ildə nə qədər intihar hallları baş verib. Sanki, sıradan adi hadisədir və bu, heç kimi narahat etmir. Düzdür, hamımız müəyyən qədər bu kimi hallara reaksiya veririk və üzülürük, amma nə faydası? Biz sadəcə üzülürük, amma ortada insan həyatı məhv olur. Bu yazının davamını oxu

Advertisements

II Dünya Müharibəsi – azərbaycanlı partizanlar

1945-ci ilin 13 aprel tarixində İtaliyanın Berqamo şəhərindən 20 km aralıda yerləşən Monte di Neze kəndində 120 nəfər azərbaycanlı döyüşçü nasistlər tərəfindən kütləvi şəkildə qətlə yetirilir. Azərbaycan partizan tarixinin ən maraqlı hadisələrindən biri olan bu olay barədə bizim tarixşünslarımız ciddi bir araşdırma aparmayıblar. Aparılan araşdırmalar isə jurnalistlər tərəfindən aparılıb. Həmin olay barədə: Bu yazının davamını oxu

Gecə başıma gələn hadisə

Dünən gecə Budapeşt şəhərinə yola düşməli idim, amma səfərim məndən asılı olmayan səbəbdən təəssüf ki, baş tutmadı. Axşam yaşadığım Traunreut şəhərindən Traunstein şəhərinə qatarla getdim. Hərçənd avtostopla getməyi planlaşdırırdım. Gec olduğuna görə, demək olar ki, heç bir maşın gözə dəymirdi. Ona görə də 3,60 avrodan keçib, qatarla getmək qərarına gəldim. Bu yazının davamını oxu

1 Avqust – “Matəm günü”

Yazıya necə başlayacağımı bilmirəm. Fikirlərim bir-birinə qarışıb. Ürəyim doludur, amma yazacaqlarımı düşündüklərim qədər ifadə edə bilməyəcəm. Bu gecə 8-9 hərbiçimiz şəhid oldu. Çox üzgünəm. “Vətən başın sağ olsun!” da demirəm. Bu, sadəcə təsəllidən başqa bir şey deyil. Bəsdirin özümüzü aldatdıq! Bizə təsəlli yox, QİSAS lazımdır!  Bu yazının davamını oxu

Braziliya stadionları

2014FIFAWorldCupHal-hazırda bütün dünyanın diqqəti Braziliyada keçirilən futbol üzrə dünya çempionatına yönəlib yazsam, yəqin ki, yanılmaram. 12 iyunda başlayan DÇ atrıq 2 gündür ki, davam edir. Dünən çox maraqla gözlənilən İspaniya – Hollandiya millilərinin qarşılaşması idi. Favorit İspaniya hesab olunsa da, nəticədə hollandlar 1-5 hesabı ilə qələbə qazandılar. Oyunları şərh etmək fikrim yoxdur. Məqsədim, sadəcə oyunların keçirildiyi stadionlarla sizi tanış etməkdir. Buyurun, baxın.   Bu yazının davamını oxu

Hohenzollernbrücke – “Sevgililər Körpüsü”

IMG_4571Keçən həftəsonu Köln şəhərində idim. Sonuncu dəfə orada 5 il bundan qabaq olmuşdum. Keçən 5 il ərzində elə də ciddi bir dəyişiklik görmədim. Ancaq haqqında yazacağım Hohenzollernbrücke çox dəyişilib. Daha doğrusu, körpüdən asılan qıfılların sayı həddindən çox artıb. Onların sayı 100 min, bəlkə də 100 mindən də artıq idi. Buyurun, baxın.  Bu yazının davamını oxu

Almaniya kəndləri & Traunstein

Travel LogoDünən velosipedlə yaşadığım Traunreut şəhərindən Traunstein şəhərinə getmişdim. Traunstein şəhərində bir neçə dəfə olmuşam və adətən ora həftəsonları gedirəm. Demək olar ki, hər dəfə də gedəndə də velosipedlə gedirəm. Baxmayaraq ki, məsafə təqribən 12 km-dir. Necə deyərlər, velosiped sürmək həm idmandır həm də sağlamlıqdır. Bura yol boyu göz oxşayan və xoş təəssürat oyadan kəndləri və onun təbiətini də əlavə etsək, adamın əhvalı 3 qat gözəl olmuş olur. Çox yazmadan, dünən çəkdiyim fotoları sizə təqdim edirəm.  Bu yazının davamını oxu

Traunstein

Travel LogoXarici ölkələrin şəhərlərinə səyahətlər davam edir.  Bir müddətdir ki, səyahətlər bölməsinə aid foto bloq post paylaşmırdım. Artıq həmin zaman yetişdi və qərara gəldim ki, sizi olduğum Almaniyanın Traunstein şəhəri ilə tanış edim. Fotoları paylaşmamışdan öncə şəhərin tarixi haqqında biraz məlumat vermək istəyirəm. Traunstein şəhəri ilə mən yaşadığım Traunreut şəhərini təqribən 12 km uzaqlıqda məsafə ayırır. Şəhər Almaniyanın cənubunda, Yuxarı Bavariya torpağında və Traun (Alz) çayının sahilində yerləşir. Şəhərin adını belə xarakterizə etmək olar: Traun – çay, Stein – daş Bu yazının davamını oxu

«Molotov kotleti»

Bu gün Milli Məclisdə keçirilən iclas maraqlı açıqlamalarla yadda qalıb. Ən yadda qalan və sosial şəbəkələrdə, xüsusilə Twitter`də #molotovkotleti həşteqi altında müzakirə mövzusu Milli Məclisin üzvü, komissiya sədri, Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov`un çıxışı olub.   Bu yazının davamını oxu

Azərbaycanda zəlzələ baş verdi

Bir neçə dəqiqə bundan qabaq Azərbaycanda zəlzələ baş verdi. Zəlzələnin episentri Bakıda olsa da Gəncədə də hiss olundu. Bu xəbər sosial şəbəkələr, Facebook və Twitter`də sürətlə yayılmağa başladı. Zəlzələ ilə bağlı bu bloq post tez-tez yenilənəcəkdir.   Bu yazının davamını oxu