Kateqoriya Arxivləri: Təəssüratlar

10.10.2010 – 10.10.2011

Bu gün Blogger fəaliyyətimin 1 ili tamam olur. Bu müddət ərzində bloq sahəsində bir çox biliklərə yiyələnmişəm. Etiraf edim 1 il bundan qabaq heç ağlıma belə gətirməzdim ki, bloq yazıları yazmağa başlayacam. Çünki fikirləşirdim bu işin öhdəsindən gələ bilmərəm. Bloq yazı yazmaq hara, mən hara? 🙂 Düşünürdüm yazı yazmaq üçün gərək xüsusi istedadın olsun. Bu yazının davamını oxu

Rustavi və Tbilisi təəssüratlarım

24-29 Sentyabr aralığında RustaviTbilisi şəhərlərində oldum. Səfərimin məqsədi münasib vaxtda olmasa da sadəcə olaraq gəzmək idi. Sonuncu dəfə Gürcüstanda 1 il 3 ay əvvəl olmuşdum. O vaxtdan bu vaxta kimi dəyişikliklər nəzərdən qaçmırdı. Hər iki şəhərdə yeniliklər, yenidənqurma, bərpa işlərinin şahidi oldum. Amma söhbətin məğzinə keçmədən öncə bir nüansı qeyd edim. Keçən ilk dəfə Gürcüstana gedəndə Azərbaycan tərəfdən Qırmızı Körpü (hərçənd rəsmi olaraq Sınıq Körpü DSX adlanır) Dövlət Sərhəd Xidməti təmirsiz və sərhəd kimi yararsız vəziyyətdə idi. Getməmişdən qabaq dost,  tanışlardan eşitmişdim ki, bəs sərhəddi təmir ediblər, çox yaxşıdır. Həm də daha rahat və tez keçmək olur. Getdim və şahidi oldum. Sərhəddən keçməyim heç 10 dəqiqə vaxtımı almadı. Bu yazının davamını oxu

21 günün təəssüratları

Tərcümə işləri ilə bağlı iyulun 31-dən avqustun 21-dək ezamiyyətdə oldum. Azərbaycanın bir çox rayon və kəndlərində oldum. Bu müddət ərzində almanlarla birlikdə şimaldan vurub cənubdan çıxdıq yazsam yəqin yanılmaram. Çünki Zaqataladan tutmuş Lerikə kimi olduq.  Bu yazının davamını oxu

Sumqayıt bloq təlimləri və təəssüratlarım

Bir neçə gün bundan qabaq Sumqayıtda bloq təlimi keçirdik. Təlimi mən və İlqar Mirzə tərəfindən aparılırdı. İyulun 18-19-22 tarixlərində keçirdiyimiz təlimlər haqda qərara gəldim ki, bir yazı yazım. Yadımdadır bundan bir müddət əvvəl Mingəçevirdə 1 günlük təlim keçmişdim və mənə çox maraqlı gəlmişdi. Sumqayıt təlimləri də eynən bu cür oldu. Bu yazının davamını oxu

WWF

Bu həftə almanlarla billikdə tərcüməçi (Azərbaycan-Alman, Alman-Azərbaycan) kimi işlədiyim layihə sona çatdı. Layihə Ümümdünya Meşələrin Mühafizəsi Fondunun WWF (WWFWorld Wide Fund For Nature) təşəbbüsü nəticəsində təşkil olunmuşdur. Mətləbə keçməzdən öncə bu fond barədə qısaca məlumat vermək istərdim. Əsası 1961-ci il sentyabrın 11 də qoyulmuşdur. Adından da göründüyü kimi fondun məqsədi təbiətin, ətraf mühütün araşdırılması, bərpası və vəhşi heyvanların mühavizəsindən ibarətdir. Dünyanın 100 dən artıq ölkəsində o cümlədən Azərbaycanda da fəaliyyət göstərir. Fondun simvolu qırmızı kitaba daxil edilmiş nəsili kəsilməkdə olan Pandadır. Fond haqqında daha ətraflı buradan oxuya bilərsiniz. Bu yazının davamını oxu

Məhəbbət üçbucağı

Adından da göründüyü kimi məhəbbət üçbucağından danışmaq daha doğurusu yazmaq istəyirəm. Məhəbbət, sevgi — bu ülvi könül oxşayan hisslər ürəkləri fəth edən bu sözlər hər bir insan üçün önəmli və vacibdir. Ürəkləri ona görə ki, hər bir insan sanki sevgiyə, sevməyə, sevilməyə məhkum olunub. İnsan sevginin əsiridir. Çünki sevgi insanları sevməyə təhrik edir. Adətən belə deyirlər ki, sevməyən insan yoxdur. Ancaq istisna hallara da rast gəlmək olur. Bu yazının davamını oxu

Unudulmuş avqust

Müharibədən sonra…

Bakı məhəllərindən biri…

Yeniyetmələr , hələ böyük deyil, amma çoxdan artıq uşaq da deyillər…

İndi fevral ayı olsada amma mən avqust haqqında daha doğurusu Unudulmuş avqust haqqında yazmaq istərdim. Unudulmuş avqustun mənimlə bir başa əlaqəsi olmasa da amma hardasa var. Çünki hələ tələbə vaxtı mən və mənim tələbə yoldaşlarım bu əsərini səhnələşdirib, tamaşada oynamışdıq. Bir neçə gün bundan qabaq evdə təsadüfən təhsil aldığım universitet Bakı Slavyan Universitetinin “Tələbə dünyası” adlı qəzetini tapdım. Bu yazının davamını oxu