Kateqoriya Arxivləri: Səyahətlər

Almaniya kəndləri & Traunstein

Travel LogoDünən velosipedlə yaşadığım Traunreut şəhərindən Traunstein şəhərinə getmişdim. Traunstein şəhərində bir neçə dəfə olmuşam və adətən ora həftəsonları gedirəm. Demək olar ki, hər dəfə də gedəndə də velosipedlə gedirəm. Baxmayaraq ki, məsafə təqribən 12 km-dir. Necə deyərlər, velosiped sürmək həm idmandır həm də sağlamlıqdır. Bura yol boyu göz oxşayan və xoş təəssürat oyadan kəndləri və onun təbiətini də əlavə etsək, adamın əhvalı 3 qat gözəl olmuş olur. Çox yazmadan, dünən çəkdiyim fotoları sizə təqdim edirəm.  Bu yazının davamını oxu

Traunstein

Travel LogoXarici ölkələrin şəhərlərinə səyahətlər davam edir.  Bir müddətdir ki, səyahətlər bölməsinə aid foto bloq post paylaşmırdım. Artıq həmin zaman yetişdi və qərara gəldim ki, sizi olduğum Almaniyanın Traunstein şəhəri ilə tanış edim. Fotoları paylaşmamışdan öncə şəhərin tarixi haqqında biraz məlumat vermək istəyirəm. Traunstein şəhəri ilə mən yaşadığım Traunreut şəhərini təqribən 12 km uzaqlıqda məsafə ayırır. Şəhər Almaniyanın cənubunda, Yuxarı Bavariya torpağında və Traun (Alz) çayının sahilində yerləşir. Şəhərin adını belə xarakterizə etmək olar: Traun – çay, Stein – daş Bu yazının davamını oxu

Gardabani

Oktyabr ayının 14-18 tarixlərində Gürcüstanda səfərdə oldum. Bu 4 gün müddətdə Gardabani və Tbilisidə müxtəlif fotolar çəkdim. Əslində, bu foto bloq postu Gürcüstanda keçirilən prezident seçkilərindən qabaq paylaşmaq istəyirdim, amma İnternetə çıxışım məhdud olduğundan, heç cür alınmırdı. Nə isə, çox yazmadan, fotolara baxın. Tbilisi haqda bloq post yaxın günlərdə paylaşacam.  Bu yazının davamını oxu

Wiesbaden, Almaniya

Travel LogoXarici ölkələrin şəhərlərinə səyahətlər davam edir. Bu dəfə sizə Wiesbaden şəhəri ilə tanış etmək istəyirəm. Wiesbaden, Hessen federal torpağının Frankfurtdan sonra ikinci böyük şəhəridir. Wiesbaden Reyn çayının sahilində yerləşir. Əhalisi (31 dekabr, 2011-ci ilin statistikasına görə) 278919 nəfərdir.  Bu yazının davamını oxu

Köln, Almaniya

Xarici ölkələrin şəhərlərinə səyahətlər davam edir. Bu dəfə sizi Şimali Reyn Vestfaliya vilayətində yerləşən Köln şəhəri ilə tanış edəcəm. Köln əhalisinin sayına görə 4-cü ərazisinə görə isə Almaniyanın 3-cü böyük şəhərlərindən biridir. Daha ətraflı buradan oxuya bilərsiniz.  Bu yazının davamını oxu

Kommern, Almaniya

Xarici ölkələrin şəhərlərinə səyahətlər davam edir. Bu dəfə sizə Şimali Reyn Vestfaliya vilayətinin şimal qərbi, Euskirchen dairəsində yerləşən Merchenich şəhərinin Kommern adlı əyaləti ilə tanış edəcəm. Burada olan binaların hamısı taxta və kərpicdən tikilib. Almanca belə tip evlərə Fachwerkhaus deyilir. Qeyd edim ki, bu tip evlər Almaniyada XV əsrdən etibarən tikilməyə başlayıb. Daha sonra isə bu tip evlərin tikintisi Böyük Britaniyanın şimalında və Polşada populyarlaşıb. Bu haqda daha ətraflı bu linkə daxil olub, oxuya bilərsiniz. Beləliklə, Kommern ilə tanış olaq.  Bu yazının davamını oxu

Brühl, Almaniya

Dünən olduğum xarici ölkələrin şəhərləri haqda foto bloq post paylaşacağım haqda məlumat vermişdim. Bugündən etibarən mütəmadi olaraq bloqumun “Səyahətlər” kateqoriyasına daxil olaraq müxtəlif xarici ölkələrin şəhərləri ilə tanış ola bilərsiniz. Əgər siz səyahət edib, gəzməyi xoşlayırsınızsa, o zaman bloqumu izləməyi unutmayın.  Bu yazının davamını oxu