Kateqoriya Arxivləri: Şəxsiyyətlər

Məhəmməd Əmin Rəsulzadə — 129

Məhəmməd Əmin RəsulzadəBu gün Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Rəsulzadə haqda geniş yazmaq fikrim yoxdur. Əslində buna ehtiyac da görmürəm. Heç onu tərifləmək fikrim də yoxdur. Onu tanıyanlar, onun haqqında yaxşı bilirlər. Bu gün telekanallarda Rəsulzadəni yada salmayanlar düşünməsinlər ki, bununla onlar Rəsulzadəni bizə unutduracaqlar. Əsla! Rəsulzadə haqda heç veriliş vermək də lazım deyil. Heç buna ehtiyac da yoxdur. Heç onun fotosunu ekranın küncünə qoymaq da ümumiyyətlə, lazım deyil. Hərçənd buna inanmaq sadəlövhlük olardı. Qısa olaraq, Rəsulzadə onu sevənlərin qəlbində daim yaşayır, yaşayıb və yaşayacaqdır.  Bu yazının davamını oxu

Advertisements

Markes`in ölümqabağı məktubu

Qabriel Qarsia MarkesDünən Facebook`da səhifələrin birində məşhur Kolumbiya yazıçısı, «Nobel» mükafatı laureatı Qabriel Qarsia Markes xərçəng xəstəliyinə tutulduqdan sonra dostlarına ölümqabağı yazdığı məktubu oxudum və çox bəyəndim. Qərara gəldim ki, siz oxucularala da bu məktubu bölüşüm. Nə vaxt yazıldığını bilməsəm də qısa olaraq onu yaza bilərəm ki, həm düşündürücü həm də təsirli bir məktubdur. Buyurun, oxuyun.  Bu yazının davamını oxu