Kateqoriya Arxivləri: Məktub

Ramil Səfərova məktub

Bir neçə gün bundan qabaq Ramil Səfərovun Facebook da açılmış səhifəsində belə bir statusu oxudum. “Ramil Səfərovun hüquqlarının müdafiə saytının qonaq dəftərində ona ünvanlanmış istifadəçi şərhləri gələn həftənin 3-cü günü zabitimizin özünə göndəriləcək”. Qərara gəldim ki, məndə ona məktub yazım. Əvvəl ramilsafarov.infosaytında qonaq dəftəninə yazdım. Sonra qərara gəldim ki, Ramil qardaşımıza həm öz məktubumu həm də başqa bir neçə nəfər tərəfindən yazılmış məktubları paylaşım. Dostlar sizdə ona məktub yaza bilərsiniz. Gəlin qardaşımızı darıxmağa qoymayaq. Ən azından ona ünvanlanan məktublar  cuzi də olsa təsəlli olar. Məktub yazmaq istəyənlər BURAYA daxil olsunlar.  Bu yazının davamını oxu

Bəxtiyar Hacıyevə məktub

Bu gün həbsdə olan gənc fəal, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevə məktub yazdım. Gələn həftə yəni oktyabrın 10 da qardaşı Vüqar Bəxtiyara baş çəkəcək. Ümid edirəm ki,  tezliklə qardaşı vasitəsilə məktubum ona çatacaq.

Onu tanıyan dostlar sizdə məktub yaza bilərsiniz. Gəlin həbsdə olan dostumuza az da olsa mənəvi dəstəyimizi əsirgəməyək. İnanmıram ki, məndən başqa dostlarından kimsə ona məktub yazmasın. Yazdığım məktubun mətni ilə sizi də tanış edirəm. Buyurun oxuyun. Bu yazının davamını oxu