Kateqoriya Arxivləri: Hadisə

Ağacların qanunsuz kəsilməsi və cərimə

233559445Budəfəki blogpostum ağacların kəsilməsi və cərimələnmə haqdadır. Haqqında yazdığım hadisə əslində 5 ay bundan qabaq baş verib. Elə oldu ki, həmin vaxt bu haqda yaza bilmədim. Deməli, bu yay Qara Qarayev prospektindən keçən zaman yolun qırağındakı meşəlik ərazidə çoxlu sayda, təqribən 100-ə yaxın ağac şam ağacının qanunsuz kəsilməsinin şahidi oldum.

Bu yazının davamını oxu

N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə

Foto: © AZƏRTACKeçən il “Günəşli” platformasında baş vermiş yanğın hadisəsinin təsirindən hələ çıxmamış artıq bu gün xəbər tutduq ki, Xəzər dənizində 10 neftçinin olduğu köşk uçub. Hadisə bu gün saat 05.00-də N.Nərimanov adına NQÇİ-nin (Neft Qaz Çıxarma İdarəsi) 3 saylı Neft Yığım Məntəqəsində baş verib. İlkin məlumatlara görə, köşkdə 10 neftçi olub. Onlardan 1 nəfərin cəsədi tapılıb, 9 nəfər isə itkin düşüb. Artıq 1 ildə 2 ci-dəfədir ki, Xəzər dənizində neftçilərin ölümü, itkin düşməsi ilə nəticələnən hadisə baş verir. Qəribədir ki, keçən il yazdığım sonuncu bloqpost da “Günəşli” platformasındakı yanğın ilə bağlı idi.  Bu yazının davamını oxu

“Günəşli” faciəsi

Artıq hamıya məlumdur ki, 2 gün öncə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza və yanğın hadisəsi güclü külək səbəbindən baş verib. Hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfər isə itkin düşüb. Bu yazının davamını oxu

Gecə başıma gələn hadisə

Dünən gecə Budapeşt şəhərinə yola düşməli idim, amma səfərim məndən asılı olmayan səbəbdən təəssüf ki, baş tutmadı. Axşam yaşadığım Traunreut şəhərindən Traunstein şəhərinə qatarla getdim. Hərçənd avtostopla getməyi planlaşdırırdım. Gec olduğuna görə, demək olar ki, heç bir maşın gözə dəymirdi. Ona görə də 3,60 avrodan keçib, qatarla getmək qərarına gəldim. Bu yazının davamını oxu

Ata oldum

Bu gün Ata oldum. Sevincimin həddi, hüdudu yoxdur. Çox sevincliyəm, çox xoşbəxtəm. Açığı, sözlə ifadə olunmayacaq dərəcədə sevinirəm.

Ata olmaq, gözəl hissdir. Yəqin ki, bunu Ata olanlar daha çox anlayar.

Yeri gəlmişkən, bu gün Atalar günüdür. Heç xəbərim də yox idi. Atalar günündə Ata olmaq tamam ayrı hissdir 🙂

Bu gün Atam mənə zəng edib, kövrələrək təbrik etməsini yəqin ki, heç vaxt unutmayacağam.

Hə, lap unutmuşdum. Çoxlarınızın verəcəyi sualı qabaqlayaraq bildirim ki, qız atası oldum 🙂 Həyat yoldaşım ilə qızımızın adını öncədən düşünmüşdük. Qızımızın adını Sara qoyduq 🙂 Necə deyərlər, Atasına, anasına, vətənə, millətə xeyirli övlad olsun 🙂

Bu gün valideyn olanları və həmçinin valideyn olmağa hazırlaşanları təbrik edirəm. Övladı olmayanlara isə tezliklə valideyn olmağı arzulayıram.

Sonda isə sevincimə şərik olan bütün dost, tanışlarıma təşəkkür edirəm. Çox sağ olun ki, varsınız.

Çernobıl faciəsi

Yəqin bir çoxlarınıza məlumdur ki, bu gün Çernobıl faciəsinin anım günüdür. 25 il bundan qabaq 1986-cı ilin bu günü yəni 26 Apreldə bu faciə baş vermişdir. Bu hadisə baş verəndə o zaman mənim hələ 2 yaşım var idi. Təbii ki, bu faciə haqqında ümumiyyətlə xəbərim yox idi. Amma vaxt ötdükcə tədricən məlumat almağa başladım. Çernobıl da baş verən hadisə məhz faciədir. Ona görə ki, orada nə qədər adam həyatını itirməklə yanaşı, radioaktiv şüalanmaya da məruz qalmışdır. O vaxt faciənin fəsadlarını aradan qaldırmaq üçün bir çox ölkələrdən insanlar səfərbər olunmuşdu. MDB ölkələrindən olduğu kimi Azərbaycandan da faciənin aradan qaldırılması üçün 7000 nəfər göndərmişdi. Bu yazının davamını oxu