Kateqoriya Arxivləri: Gəncə

Yersiz siqnallar

Haqqında yazacağım mövzu mənə maraqlı olduğu kimi yəqin ki, sizində bir çoxlarınıza maraqlıdır. Adətən siqnalı ona ehtiyac olan zaman işə salırlar. Yəni qəza vəziyyəti yaranmasın deyə xəbərdarlıq etmək üçün siqnal verilir. Belə olanda təqdirdə belə siqnallara yerli yəni yerində siqnal demək olar. Amma elə siqnallarda vardır ki, mövzunun adı kimi, yersiz siqnallardır. Bu yazının davamını oxu

Advertisements

ŞƏKİ, bildiklərim, eşitdiklərim, gördüklərim…

BİLDİKLƏRİM…

Yəqin ki, hamıya yaxşı məlumdur ki, Şəki (keçmiş Nuxa) Azərbaycanın gözəl şəhərlərindən biridir. Hər halda bunu ora gedib, öz gözləri ilə görənlər daha yaxşı bilərlər. Şəkidə bir neçə gün bundan qabağa kimi heç vaxt olmamışdım. Bu yazını yazanda açığı necə ad qoymaqda bir az fikirləşdim. Gah ağlımdan Şəki, gah Şəkiyə ilk səfərim gah da ki, Şəki və Mən adlı bu yazıya başlıq qoymaq istəyirdim amma elə oldu ki, tamam başqa bir ad qoymaq qərarına gəldim. Bu yazının davamını oxu

Üstü bəzək altı təzək

Üstü bəzək altı təzək, yazısı nədən bəhs edəcəyimi yəqin ki, başa düşdünüz. Söhbət Gəncə şəhərində yerləşən bəzi binlardan daha doğurusu iki binadan söhbət açmaq istəyirəm. Bu binlar şəhərin mərkəzində yerləşirlər. Bu binalardan biri yuxarı hissəsində Azərbaycan Beynəlxalq Bankı reklam yazısı olan bina, digəri isə keçmiş Universam kimi tanınan binalardır. Hər ikisidə yaşayış binalarıdır. Bu yazının davamını oxu

„Karusel əməliyyatı“

Məlum olduğu kimi dünən Azərbaycanda Milli Məclisə seçkilər keçirildi. Nəticələr isə yəqin ki, hamıya məlumdur.  Hər halda bir çoxlarınız şübhə ilə yanaşarnısız ki, bu seçkilər şəffaf keçdi. Hətta bəzən adamlar bu seçkilərdə indidən öz rəylərini bildirərək belə bir ifadə işlədirdi. Fərq etməz sən səs vermisən ya yox, artıq kimi istəyiblərsə onu da seçiblər. Sual yaranır ki, bəs görəsən bu seçkilər nece keçdi? Şəffaf yoxsa Saxta?! Bu yazının davamını oxu

Gəncəlilərin yeni avtobus həsrəti…

Mövzuya keçməzdən əvvəl, qısa olaraq haşiyəyə çıxmaq istərdim…Adətən biz inkişaf, tərəqqi dedikdə bu bir çox sahələri əhatə edir. İnkişaf əldə etmək üçün hər hansı bir ölkəyə müəyyən sahələrə sərmayələr qoyulur, ölkənin siyasi, iqtisadi, turizm və.s imkanları yaxşılaşdırılır, yeni iş yerləri açılır, bununla da əhalinin normal yaşayışı üçün zəmin və bir çox imkanlar yaranır. Bu yazının davamını oxu

Pul kisəsi

Uşaqlıqda yadıma gəlir pul yığıb saxlamaq üçün saxsı qablardan hazırlanmış daxıllar (kassalar) var idi. Müxtəlif  heyvan fiqurlarından olardı. Əlimizə qəpik quruş düşdükcə sevimli daxılmızın içərisinə atardıq. Beləcə kiçik də olsa öz şəxsi büdcəmiz olardı 🙂 Bu yazının davamını oxu

Məhəlləmizin “Eyfel”i

Yəqin ki, bir çoxlarınız düşünəcəksiniz mən Paris də yaşayıram və ya orada şəxsi evim var 🙂 Təbii ki, bu əslidə belə deyil, amma olsa pis olmazdı 🙂 Əsas mətləbə keçməmişdən qabaq qısa haşiyəyə çıxım, daha sonra məhəlləmiz haqqında bir az məlumat verərəm.

Adətən məhəllə dedikdə biz onu danışığımızda məhəllə yox, daha çox məhlə kimi istifadə edirik. Hər məhəllənin də öz məhlə sakinləri olur. Bunlar da öz aralarında filan məhlə uşağı, küçədə yaşayanlar isə bir birlərinə küçəli deyə müraciət edirlər 🙂 Bu yazının davamını oxu

Boş vədlər…

Bu gündən etibarən Azərbaycan Respublikası Parlamentinə 2010-cu il Noyabrın 7 də keçiriləcək seçkilərlə bağlı namizədlərin təbliğat və təşviqat kampaniyasına start verildi. Milli Məclisə Deputat olmaq arzusunda olan namizədlərin müəyyən bir qismi öz çıxışları ilə özünəməxsus tərzdə vədlər, sözlər, verdilər. Nə deyirəm, xeyirli, uğurlu olsun! Bu yazının davamını oxu

Bir daha təkrarlanmayacaq tarix…

Söhbət məhz bu gündən yəni 10.10.10 dan gedir. Düzdür, əslində yola saldığımız hər ötən gün geridə qalaraq tarixə qovuşur. Bu günün başqa günlərdən fərqi, diqqəti cəlb etməsi və qeyri adiliyi 3 cüt rəqəmin üst üstə düşməsidir. Dünyada hər gün, hər an, hər dəqiqə, hər saniyə hadisələr baş verir. Qısa olaraq hər anın öz hökmü var. Bu yazının davamını oxu