Kateqoriya Arxivləri: Gəncə

Cümhuriyyətin 💯 illiyi ilə bağlı yürüş

Bu gün Azərbaycan Xalq Cümhuriyyətin 💯-cü ildönümüdür. Bununla əlaqədar REAL (Respublikaçı Alternativ Partiyası) partiyasının təşəbbüsü ilə bu gün saat 12:00-da İçərişəhər metrostansiyasının qarşısından ‘İstiqlal bəyannaməsi abidəsi‘ni hamılıqla ziyarət etmək üçün yürüş təşkil edilmişdi. Polislər bayramı qeyd etməyə gələnləri abidəyə təəssüf ki, hissə-hissə buraxırdı. Yürüş iştirakçılarının sayı təqribən 800-1000 nəfər olardı. Yürüş proqramına görə, abidəni ziyarət etdikdən sonra Dənizkənarı Milli Parkda gəzinti olacaqdı. Amma polislər təəssüf ki, yürüşün davam etdirilməsinə icazə vermədilər. Yürüş himnimizin oxunması ilə başa çatdı. Yürüş zamanı çəkdiyim foto və videoları sizə təqdim edirəm:

Cümhuriyyətin 💯 illiyi ilə bağlı yürüş – I

Cümhuriyyətin 💯 illiyi ilə bağlı yürüş – II

Cümhuriyyətin 💯 illiyi ilə bağlı yürüş – III

Cümhuriyyətin 💯 illiyi ilə bağlı yürüş – IV

Cümhuriyyətin 💯 illiyi ilə bağlı yürüş – V

Bir daha hər birinizi Cümhuriyyətimizin 💯 illiyi münasibətilə ürəkdən təbrik edirəm!

Advertisements

Tbilisi

1. 1

Bu yazının davamını oxu

zərdabsız səhiyyəmiz

Bir neçə gün bundan qabaq Salyan rayonun Şəkərli kəndində 6 yaşlı bir qızın ilan sancmasınından ölməsi məni Azərbaycan səhiyyəsi haqda yazmağa məcbur etdi. Təsəvvür edin ki, uşağı ilan sancandan sonra Salyan rayon mərkəzi xəstəxanasına aparıblar. Burada uşağa vurmaq üçün zərdab olmayıb! Həkim deyib ki, ilan uşağın sol əlindən sancıb və biz onun sağ əlindən sistem qoşmuşduq. Bu yazının davamını oxu

Analoqu olmayan səkilər

Hə, hörmətli oxucular bu dəfə sizə «Analoqu olmayan səkilər» və onların sakinlərə yaratdığı çətinlikilər haqqında məlumat vermək istəyirəm. Daha doğrusu göstərmək istəyirəm ki, şəhərim Gəncə necə sürətlə inkişaf edir. Özüdə inkişaf elə yazının adı kimi analoqu olmayan şəkildə aparılır ki gəl görəsən. Yeni səkilərin həqiqətən də tayı bərabəri, bir sözlə analoqu yoxdur. Bu yazının davamını oxu

Tarixi müasirləşdirilmiş binalar

Haqqında yazacağım mövzu yəqin ki, bir çoxlarınıza maraqlı olacaq. Amma düşünürəm ki, maraqlı olacağı qədər də düşündürücü olacaqdır. Yazının adından da göründüyü kimi “Tarixi müasirləşdirilmiş binalar” barədə olacaq. Bu binalar Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Cavad Xan (keçmiş Sabir küçəsi) küçəsindədir. Gəncədə yaşayanlar yaxşı bilir ki, hələ yayda şəhərdə dağıntı, söküntü işlərindən camaat təngə gəlmişdi. Quruculuq işləri adı altında bir neçə tarixi binanın üzü aqlaylandı və ya tamamilə məhv edildi. Şəhərin mərkəzində yaşı 200 dən çox binanı yerlə yeksan etdilər. Bu yazının davamını oxu

Avtovağzal “sərgüzəştləri”

İndi çətin adam tapa biləsən ki, avtovağzalda olmasın. Həmçinin çətin adam tapasan ki, Azərbaycan sayağı avtovağzallarda “sərgüzəştlərlə” rastlaşmasın. Nə qədər qəribə və çətin başa düşülməsədə onlardan biri də mənəm! 😦

Belə ki, bu gün Gəncədən Mingəçevirə bir günlük bloqçuluq təlimi keçmək məqsədilə getməli idim. Bu yazının davamını oxu

“Təbii Yolka” və “Saxta Baba”

Yeni ilin gəlməsinə artıq 2 gün qaldı. İki gündən sonra 201o-ci il arxada qalıb 2011-ci ilə təhvil verəcək və Yeni il artıq öz qədəmlərini qoyacaq. Yola saldığımız il hər kəsin xatirində bir cür kimisi xoş kimisi acı xatirləri ilə yaddaşında qalacaq. Bu Yeni ildə insanlarda yeni arzular, yeni istəklər yaranacaq. Eləcə də mənim, çünki bu il mənim üçün uğurlu hesab etmək olar. Düzdür, xoş olmayan günlərim də olub, amma yaxşı günlərim pis günlərimi yaxşı ki, bu ildə üstələdi. Görək 2011-ci il necə olacaq 🙂

İndi isə Təbii Yolka və Saxta Baba mövzusunun yazısına keçim 🙂 Artıq demək olar ki, Yeni 2011-ci ilin astanasındayıq. Yaşadığım Gəncə şəhərində də bunu hiss etmək olar. Bu yazının davamını oxu

Basketbol yoxsa “Yolka” meydançası?!

Facebookda Basketbol qrupu yaratmışdıq, daha dəqiq desəm Ayşən Kərimova bu qrupu yaratmışdı. Məqsədimiz isə həftə sonu yəni bazar günü Gəncədə yerləşən İdman məktəbində basketbol oynamaq üçün gəncləri bir yerə yığıb, asudə vaxtımızı səmərəli keçirməkdən ibarət idi. Beləcə “Basketball Team” adlı qrupumuz yarandı. Hal hazırda qrupda 23 nəfər var. Bu yazının davamını oxu

Azərbaycansayağı elanlar və yazılar

Çoxlarınız şəhərdə elanlar və yazılara çox rast gəlmisiniz. Müxtəlif yerlərdə, müxtəlif  formada, ölçüdə, məzmunda olan elanları və yazıları görmək mümkündür. Bu yazının davamını oxu

Poçt qutusu

Bu dəfə isə sizə Poçt qutusu haqqında yazmaq qərarına gəldim. Bir çox evlərdə mənzillərdə poçt qutusu var idi, daha doğurusu bəlkə elə indi də var. Amma onlardan görəsən hal hazırda istifadə olunurmu ya yox?! Əslində isə poçt qutusu məfhumu köhnəlib desəm yəqin ki, yanılmaram. Ona görə ki, indi poçtdan istifadə olunmur. Əvvəllər isə ondan hamı istifadə edərdi. Tez tez yeni qəzetlər poçtumuzda görərdik. Qəzetlərdən yeni yeni məlumatlar alardıq. Amma indi təəssüflər olsun ki, bütün bunlar arxada yəni keçən əsrdə qaldı… Hələ uşaq ikən yadıma gəlir. Poçtdan tez tez istifadə edərdik. Poçtalyon gələrdi, hər poçta qəzet atardı. Bu yazının davamını oxu