Kateqoriya Arxivləri: Cəmiyyət

«İntihar Körpüsü» & «İntihar Qalası»

Vəziyyət doğrudan da çox kritikdir, yoldaşlar.  Bir çoxlarımızın «İntihar Körpüsü» kimi tanıdığımız və «İntihar Qalası» haqda yazmaq qərarına gəldim. Əvvəlcə «İntihar Körpüsü» haqda yazmaq istəyirəm. Əgər fikir verirsinizsə, son zamanlar ölkədə intihar hallarının sayı artıb. Hətta mən deyərdim ki, kritik həddə çatıb. Son bir ildə nə qədər intihar hallları baş verib. Sanki, sıradan adi hadisədir və bu, heç kimi narahat etmir. Düzdür, hamımız müəyyən qədər bu kimi hallara reaksiya veririk və üzülürük, amma nə faydası? Biz sadəcə üzülürük, amma ortada insan həyatı məhv olur. Bu yazının davamını oxu

1 Avqust – “Matəm günü”

Yazıya necə başlayacağımı bilmirəm. Fikirlərim bir-birinə qarışıb. Ürəyim doludur, amma yazacaqlarımı düşündüklərim qədər ifadə edə bilməyəcəm. Bu gecə 8-9 hərbiçimiz şəhid oldu. Çox üzgünəm. “Vətən başın sağ olsun!” da demirəm. Bu, sadəcə təsəllidən başqa bir şey deyil. Bəsdirin özümüzü aldatdıq! Bizə təsəlli yox, QİSAS lazımdır!  Bu yazının davamını oxu

Metro & Tarif Şurası

Şəki – Mingəçevir avtobusunda gedərkən Twitter də xəbər tutdum ki, bəs metroda gediş haqqı artırılıb. Əvvəl elə bildim şaiyədir. Yaxşı bilirsiniz ki, son günlərdə verilən bir neçə məlumat yalan olur və öz təsdiqini tapmır. Ona görə də xəbərin doğruluğuna şübhə etdim.  Daha sonra dostlardan bu xəbəri dəqiləşdirəndən sonra məlumatın düz olduğuna əmin oldum. Bu yazının davamını oxu

Uzunqulaq əməliyyatı


Millətimizin çox dərdi var imiş. Mən elə bilirdim ki, Qarabağ, işsizlik, korrupsiya və.s problemlər əsas, vacib məsələlərdəndir. Amma görünür bu mövzular aktuallığını artıq itirib, yazsam yəqin ki, yanılmaram. Sanki hər şey öz həllini tapıb, bircə qalıb Eşşək dərdi. El arasında daha çox onu Eşşək kimi tanıyırıq, daha doğrusu adlandırırıq. Amma sizə uzunqulaq haqqında məlumat yox, bu günlərdə onun başına gələn əhvalatdan yazmaq istəyirəm.

Bu yazının davamını oxu

Şuşasız 19 il…

Şuşa

Nəcə də gözəl səslənir.

Təəssüf, bu gün Şüşasızıq…

Süşa isə bizsizdir…

Nə az nə çox Şuşasız 19 il…

Bəli, bu gün hamıya məlumdur ki, Şuşanın işğalı günüdür. Bu yazının davamını oxu

Ana dilinə olan “hörmət”

Son zamanlar oxuduğum məqalə və bu gün baxdığım süjet bu mövzu haqda yazmağa məni vadar etdi. Belə sual yaranır. Görəsən biz Ana dilimizə hörmət edirikmi, ediriksə nə dərəcədə edirik? Hamıya yaxşı məlumdur ki, dilimizdə rus sözlərindən çox istifadə olunur. Amma mən o sözlərdən yazmaq fikrim yoxdur. Sadəcə dilimizə olan biganəlikdən yazmaq istəyirəm. Belə ki, yazıda Polşadan olan bir xanım Anna Zamejc ölkəmizdə yaşayış tərzindən insanlardan bir sözlə Azərbaycan haqda fikirləri yer almışdı. Diqqətimi Azərbaycan dili barədə söylədikləri cəlb elədi. Hər hansı bir əcnəbi ölkəmizə gəlib burada dilimizə olan “hörmət” haqda belə məqamlara toxunması doğrudan da utancvericidir. Polyak qızın dilimiz haqqında dediklərini olduğu kimi nəzərnizə çatdırıram. Bu yazının davamını oxu

Bloqumun oxucularına müraciət

Hörmətli http://www.yasharhuseyn.wordpress.com oxucuları,

Artıq bir neçə gündür ki, daha dəqiq yazsam 12 gündür ki, sizlərin görüşünə gəlib, təəssüf ki, yeni yazi “bishirmək” imkanım olmur 🙂 Nəticədə də sizləri yeni bloq yazıma qonaq edə bilmirəm. Sizi deyə bilmərəm amma mən “bişirib”, “düşürmək” üçün darıxmışam 😦 Yeni yazı yazmamağımın da bir neçə səbəbi var. Əsas səbəb isə tənbəllik etməyimlə və bəzi işlərimin olması yeni yazı yazmağa mane oldu. Bu yazının davamını oxu

Müqəddəs Zirvə

Hər bir millətin xalqın azadlığı uğurunda mübarizəsindən bəhs edən bir səhifəsi var. O səhifə ki, hər bir zaman insanların yaddaşında əbədi olaraq qalır. Çünki, o səhifə şanlı səhifədir. Hər bir vətəndaş da bunu hər zaman xatırlamalıdır. Belə səhifələrdən biri də 21 il əvvəl 1990-cı il ilin bu günü yəni 20 Yanvarda biz Azərbaycan xalqının başına gəldi 😦 O günləri çox yaxşı xatırlaya bilmirəm. Amma uşaq olsam da bəzi şeylər yadıma gəlir. Bu hadisə olanda o vaxt cəmi 6 yaşım var idi. İndi o hadisədən 21 il ötsə də, amma xalqımız bu unudulmaz tarixi günü unutmur. Tarixi ona görə yox ki, 21 il bundan qabaq olub, ona görə ki, həmin gün tarixdə qaldığı kimi də bizim də yaddaş tariximizdə əbədi qaldı. O tarix ki, faciəli də olsa şərəfli gün kimi qaldı. O tarix ki, mənfur SSRİ qoşunları xalqımızın azadlıq hissini boğa bilmədi. Bu yazının davamını oxu