Kateqoriya Arxivləri: Bank

Elektron poçt və Azərbaycan bankları

Açığı, yazının adını tapmaq üçün çox düşündüm. Bilmədim, “Elektron poçt və Banklar”, “E-mail & Azərbaycan bankları”,  yoxsa “Elektron poçtun nə olduğunu bilməyən banklar” qoyum. Qərara gəldim ki, yazını “Elektron poçt və Azərbaycan bankları” adlandırım. Bu, həm də haqqında yazacağım mövzuya daha çox uyğun gəlir. 

Elektron poçt vasitəsilə sual yazdığım banklardan heç olmasa bir neçəsi sualıma cavab yazsa idi, bu yazını yazmaq fikrindən daşınardım.

Bu yazının davamını oxu

Advertisements

Parabankın məsuliyyətsizliyi

Parabank logoBir neçə gün bundan qabaq Parabankda başıma gələn bir hadisəni sizlərə çatdırmaq istəyirəm. Belə ki, yanvar ayında Gəncədə şərtləri mənə münasib olduğu üçün Parabankda plastik kart sifariş vermək qərarına gəldim. Əgər bilsəydim ki, 11 ay sonra plastik kart sifariş verdiyimə peşman olacam, heç bu addımı atmazdım. Bankda plastik kartı sifariş verəndə kart hazır olduqda onu Bakıdan götürmək istədiyimi bank işçisinə bildirmişdim. Bu yazının davamını oxu