Ramil Quliyev haqda 1-2 kəlmə

RamilArtıq hamıya məlum olduğu kimi həmyerlimiz atlet Ramil Quliyev dünən Londonda 200 metrə qaçışda dünya çempionu oldu. O, bu məsafəni 20.09 saniyəyə qət edərək nail oldu. Onun qələbəsi təbii ki, hamımızın sevincinə səbəb oldu. Fikir verdinizsə, Ramil çempionluğunun sevincini yaşayan zaman ilk öncə Azərbaycan bayrağını götürdü.

Bu, sanki hökumətə, daha doğrusu, Azərbaycan Milli Olimpiya Komitəsinə və konkret olaraq onu küsdürənlərə subliminal mesaj idi. Yəni siz mənə dəyər vermədiniz, amma buna baxmayaraq, mən azərbaycanlı olduğumu və Azərbaycanı unutmadım. 
Ramil Quliyev 2011-ci ildən Türkiyə adından çıxış edir. Onun bu addımı atmasının səbəbini bilirsiniz. Bilməyənlərə isə bildirim ki, Ramilin ölkəni tərk edərək Türkiyəyə getməsinin səbəbi diqqətsizlik, daha doğrusu maddiyyat olub. Maddiyyat demiş, bu gün bu məsələ ilə bağlı bir yazı oxudum. Sən demə, Ramil Quliyevin Türkiyədə aldığı aylıq maaş Azərbaycanda illik maaşa bərabər imiş. Ramilə o vaxt Qətərdən də təklif gəlibmiş, amma o bundan imtina edərək Türkiyəni seçib. 
                       Ramil Quliyev #London2017-də qələbə qazandığı qaçışdan sonra:
20507031_10214506894615753_6758264903072731004_o
Ramil Quliyevin qələbədən sonra müsahibəsi:
Biz (oxu: hökumət, Milli Olimpiya Komitəsi) idmançılarımıza dəyər vermədikcə onlar da Ramil Quliyev kimi ölkədən birdəfəlik qaçıb gedəcəklər. Bu arada, Bəxtiyar Hacıyevin yazdığı status da yerinə düşür: 
Ramil Quliyevin Londonda möhtəşəm qələbəsinin bir mesajı da budur: ‘Qaçın, vaxtında canınızı qurtarın.’ 
Gündüz Ağayevin çəkdiyi karikatura: “Ramil Quliyev Azərbaycandan elə sürətlə qaçıb ki, dünya çempionu olub”.
20727890_1549078501827817_7897196028380196378_n
Sonda Ramil Quliyevi qələbə münasibətilə bir daha təbrik edir və ona yeni-yeni uğurlar arzulayıram.
Advertisements

11/08/2017 tarixində İdman içində dərc edildi və , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: