Hava limanların Wi-Fi şifrələri

2015-12-22-image-2.jpgArtıq elə bir zamanda yaşayırıq ki, həyatımızı onsuz təsəvvür edə bilmirik. O, sözün həqiqi mənasında həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Ondan mütəmadi olaraq işdə, evdə, yolda, həmçinin səyahət və istirahət edən zaman istifadə edirik. Söhbətin nədən getdiyini yəqin ki, artıq bildiniz. Bəli, söhbət sizin də düşündüyünüz kimi İnternetdən gedir. Budəfəki mövzum isə “Hava limanların Wi-Fi şifrələri” haqdadır.

Getdiyimiz və olduğumuz yerdən asılı olmayaraq hər zaman Wi-Fi axtarırıq. Bəzən olur ki, səfər etdiyimiz ölkələrin hava limanlarında Wi-Fi açıq olmadığı üçün istifadə etmək mümkün olmur.

Yadıma gəlir, 2014-cü ildə Berlindən Moskvaya (Vnukovo) uçmuşdum. Rusiyaya ilk səfərim olduğumdan gedəcəyim yeri tanımırdım. Ona görə də gedəcəyim ünvanı əvvəlcədən müəyyənləşdirmək üçün internetdən istifadə etməli idim. Amma təəssüf ki, bütün Wi-Fi şəbəkələri şifrəli olduğundan işimi həll edə bilməmişdim.

Artıq bu problemin həllini blogger və kompyuter təhlühəsizliyi üzrə mühəndis Anil Polat tapıb. Yoldaş Anil dünyanın 300-ə yaxın hava limanı Wi-Fi şifrələrini bir araya toplayaraq xəritədə tərtib edərək paylaşıb. Wi-Fi xəritə müntəzəm olaraq yenilənir.

Səfər etmədən öncə gedəcəyiniz ölkənin hava limanını axtarın və şifrəni tapın ki, orada olan zaman internetdən rahat istifadə edə biləsiniz 🙂

Bundan başqa, WiFox adlanan bu tətbiqetməni $1.99 ödəməklə birbaşa smartfonunuza da yükləyə bilərsiniz. Android üçün bura, İOS üçün isə bura tıklayın. 

 

 

 

 

Advertisements

01/08/2017 tarixində Texnologiya içində dərc edildi və , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: