Ağdamın simvolu – “Çay Evi”

9878_3vffca53m6Budəfəki bloqpostum Ağdamın simvolu – məşhur “Çay evi” haqdadır. 3 gün bundan qabaq Ağdamın işğalından 24 il keçdi. Bu haqda haqda tvit yazmışdım. Daha sona fikir verdim, 2 il bundan qabaq eyni gündə Ağdama aid olan bir neçə foto paylaşmışam.

 

Fotolar arasında diqqətimi Ağdamın “Çay evi” çəkdi. Məlum oldu ki, həmin çay evinin oxşarı Quzanlı qəsəbəsində yenidən tikilib və 2 il bundan qabaq isifadəyə verilib. Yeri gəlmişkən, Çay evinin açılış mərasimi 31 il bundan qabaq bu günə tasadüf edir. Necə deyərlər, söz vaxtına çəkər.

 

Təsadüfən elə həmin gün siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Çay evinin tikilməsi ilə bağlı maraqlı və real tarixindən bəhs edən statusunu gördüm:

 

“Çay evi”-nin ideyası “Yaponiya” jurnalında imperatora məxsus sarayın formasından götürülüb. Çin-Yapon memarlıq üslubunda tikilən “Çay evi”-nin ideya müəllifi və tikilməsini Sadıq Murtuzayevə, maketinin müəllifliyi isə mərhum Xudu Məmmədova məxsus olub. Tikinitiyə də mərhum Xudu müəllim özü rəhbərlik edib.

Sadıq müəllim Xudu müəllimlə oturub söhbət edirmişlər, çay evinin forması necə olsun ki, SSRİ rəhbərliyi buna icazə versin, axı Çay evi məscidə gələnlər üçün tikilirdi. Sonra deməsinlər ki, Ağdamda dindarlar üçün şərait yaradılır. Oturub söhbət edən zaman Xudu müəllim Yaponiyadan ona göndərilən jurnalı vərəqləyirmiş. O zamanlar SSRİ-Yaponiya münasibətlər inkişaf edirdi. Təsadüfən Kioto adasında olan Mikado-Yapon İmperatorunun sarayı onun diqqətini cəlb edir və Çay evini bu formada tikmək qərarına gəlirlər.

                                                Həmin jurnaldakı evin fotosu:

20294540_10154534825667691_6594731503464796262_n

Beləliklə də nə hökumət bir söz deyə bilir, nə də əhali… Beləcə “Çay evi” tikilir. Çay evi Sadıq müəllim katib işlədiyi illərdə illərdə tikilib. Ağdamdakı Çay evinin forması Yaponiya İmperatorunun evi ilə, yanındakı qüllə isə məscidin qülləsi ilə uyğun gəlir. Ağdam RPK-nın o zamankı birinci katibi işləyən Sadıq Murtuzayevin dilindən: “Bir gün Xudu Məmmədov mənə “Yaponiya” adlı jurnal verdi ki, elə-belə tanış olum. Mənim diqqətimi çin-yapon üslubunda tikilmiş bir bina cəlb etdi və dərhal qərara gəldim ki, məscidin qarşısında bu üslubda bir “Çay evi” tikdirim. Fikrimi ona deyərkən alqışladı və xahiş etdi ki, icazə verim, onun maketini düzəltsin və tikintiyə rəhbərlik etsin. Məmnuniyyətlə razılaşdım. Ertəsi günü səhər saat 6-da maketlə yanıma gəldi. Dərhal işə başladıq. Yeməkxana olan zirzəmisilə 4 mərtəbəli yaraşıqlı bir bina qısa müddətdə istifadəyə verildi və az qala Ağdamın bir rəmzinə çevrildi. Hər gün səhər saat 6-da iş icraçısı kimi özünü tikintiyə çatdıran bu fədakar vətən oğlu orada işləyənlərə elə örnək oldu ki, könüllü olaraq gəlib burda işləmək istəyənlərin sayı gündən-günə artırdı.

26 iyul 1986-cı ildə “Çay evi”nin təntənəli açılış mərasimi olur. Məhz bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi ilə yanaşı, Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri işləyən Vəfa Quluzadə də iştirak edir.

Çay evinin tikintisində ən çox çətinlik onun damını vurmaqda yaranıb. Bir neçə usta dəvət edilsə də sonda nəticə əldə edilməyib, nəhayət bu işi görə biləcək bir gənc tapılır. Mamed adlı gənc də hərbi xidmətə getməli imiş. Xudu müəllim xahiş edir ki, Sadıq Murtuzayev o əsgəri müvəqqəti olaraq hərbi xidmətdən saxlatdırsın. Amma bu mümkün olmur, sonda həmin gəncin Ağdamda xidmət etməsinə nail olunur və beləcə Çay evinin damı vurulur. Səhv etmirəmsə, o insan bu gün də həmin işlə məşğuldur və öz işinin peşəkarıdır.

                                          Çay evinin indiki görünüşü:

39410

İnşallah, Ağdam işğaldan azad olunar və “Çay Evi” əvvəlki yerində yenidən tikilər.

Advertisements

26/07/2017 tarixində Maraqlı tikililər içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: