Ecosia – yaşıl axtarış sistemi

maxresdefaultBir müddət əvvəl Facebook-da dostlarımdan biri Ecosia axtarış sistemi haqqında status yazmışdı. Oxudum və marağıma səbəb oldu. Qərara gəldim ki, sayt haqda daha da ətraflı məlumat almaq üçün bir az araşdırma aparım. Sayt haqqında məlumatı saytın özündən almaqla yanaşı, həmçinin vikipediadan da oxudum. Həqiqətən də maraqlı layihədir. Sizin də məlumatınız olsun deyə bu barədə bloqpost yazmaq istədim.

 

Sayt 2009-сu ildə Almaniyadan olan gənc Kristian Kroll təsis edib. O, layihəyə başlamazdan əvvəl dünya səyahətinə çıxıb. Hindistan Nepalda bir müddət yaşayıb, müəyyən layihələr üzərində işlədikdən sonra Argentinaya gedib. Oradan geri Almaniyaya qayıtdıqdan sonra ecosia.org saytını yaratmaq qərarına gəlir.

Ecosia təsisçisi Kristian Kroll şirkət haqda ona verilən 10 sualı cavablandırır:

 

Ecosia – Google, Yandex kimi axtarış sistemidir. Ecosia yaradılan vaxtı bir müddət Google ilə əməkdaşlıq edir, amma bu, çox çəkmir və şirkətlərin yolları ayrılır. Sayt indi Bing üzərində qurulub. Şirkət axtarış sistemi ilə əldə edilən gəlirlərin 80%-ni ağac əkimi işləri ilə məşğul olan şirkətlərə ödəyir. Gəlirin 20%-i isə işçilərin əmək, ofisin icarə haqqı və sair xərclərin qarşılanması üçün sərf edilir. Şirkətin ofisi Berlin şəhərində yerləşir və cəmi 18 işçisi var.

 

Hal-hazırda ağacların əkildiyi ölkələr Braziliya, Burkino-Faso, Madaqaskar, İndoneziyaTanzaniyadır. Sayta daxil olan zaman əkilən ağaclarının necə dəyişdiyini sayğacda görmək olur. Siz hər dəfə axtarış edən zaman yuxarıda, sağ küncdə nə qədər ağac əkdiyinizin sayını görə bilərsiniz. Bir ağac əkmək üçün Ecosia üzərindən təxminən 45 dəfə axtarış etməlisiniz. Bir ağacın əkilməsi 0.28 sentə başa gəlir. Təqribən hər 11 saniyədən bir ağac əkilir. Mən özüm bu günə kimi 100-ə yaxın axtarış etmişəm. Yeri gəlmişkən, Ecosia 2020-ci ilə kimi 1 milyard ağac əkilməsini qarşısına məqsəd qoyub.

Bu günə kimi 10 milyondan artıq ağac əkilib:

 

Aktiv istifadəçilərin sayı 3 milyon nəfər olan Ecosia şirkətinin indiki gəliri 3 milyon avroya yaxındır. Şirkət əldə edilən gəlirlərin şəffaflığı təmin etmək üçün mütəmadi olaraq xərclər barədə hesabatlar verir. Bu haqda məlumat saytda yerləşdirilib.

 

ecosia.org-dan istifadə edin, ekologiyaya və ağac əkilməsinə öz töhfənizi verin.

Advertisements

24/07/2017 tarixində Ekologiya içində dərc edildi və , , , , , , , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: