Ağacların qanunsuz kəsilməsi və cərimə

233559445Budəfəki blogpostum ağacların kəsilməsi və cərimələnmə haqdadır. Haqqında yazdığım hadisə əslində 5 ay bundan qabaq baş verib. Elə oldu ki, həmin vaxt bu haqda yaza bilmədim. Deməli, bu yay Qara Qarayev prospektindən keçən zaman yolun qırağındakı meşəlik ərazidə çoxlu sayda, təqribən 100-ə yaxın ağac şam ağacının qanunsuz kəsilməsinin şahidi oldum.

Qərara gəldim ki, hadisə yerinin fotolarını çəkib, ictimailəşdirim və ağacları məhv edənlər ifşa edilsin. Ağacların kəsilməsi haqda Tvitterdə fotoları paylaşdım:

Ağacları gecə vaxtı məhv edilib ki, heç kimin xəbəri olmasın. Əraziyə tökülən mişar daşlarından aydın olur ki, tez-tələsik tikinti işlərinə başlamaq istəyirlərmiş:

20160706_155904

Fotodan aydın görünür ki, çoxlu sayda ağaclar məhv edilib:

20160706_160155.jpg

Tvitterdə ağacların kəsilməsini ictimailəşdirdikdən sonra Ekologiya nazirliyinə e-mail yazıb, hadisə haqda ətraflı məlumat verdim və əyani sübut kimi çəkdiyim fotoları da göndərdim. Göndərdiyin məktubunu mətni aşağdakı kimi idi:

Salam, Ekologiya Nazirliyi

Bu fotoları bu gün çəkmişəm. Yazaraq Sizə bildirirəm ki, Qara Qarayev prospektində meşəlik ərazi məhv edilib. Fotolardan açıq-aşkar görünür ki, ərazi qanunsuz olaraq zəbt edilib, çünki meşənin bir hissəsidir. Çox güman ki, kəsilmiş ağacların yerində obyekt tikiləcək. Sizdən təcili olaraq bir tədbir görülməsini xahiş edirəm. Vaxtında bir tədbir görülməsə, orada tikinti işlərinə başlanılacaq.

Hörmətlə,

Yaşar Hüseyn

Hadisədən 16 gün keçdikdən sonra gözləmədiyim anda Ekologiya nazirliyindən cavab aldım:

cavab-mektubu

P.S. Soyadım nədənsə “Hüseyn” yox “Hüseynov” kimi qeyd edilib. 

Ağacların kəsilməsinə görə inzibati məsuliyyətə cəlb edilən şəxs İnzibati Xətalar Məcəlləsinin 253.2. maddəsilə cərimələnib. Həmin maddədə qeyd edilib:

Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Maddə 253. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi

screenshot.png

Ağaclar kəsilən meşəlik ərazinin ətrafı düzəldilərək asvalt çəkilib və dayanacaq edilib:

20161005_175424.jpg

20161005_182353.jpg

Advertisements

29/12/2016 tarixində Hadisə içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: