N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə

Foto: © AZƏRTACKeçən il “Günəşli” platformasında baş vermiş yanğın hadisəsinin təsirindən hələ çıxmamış artıq bu gün xəbər tutduq ki, Xəzər dənizində 10 neftçinin olduğu köşk uçub. Hadisə bu gün saat 05.00-də N.Nərimanov adına NQÇİ-nin (Neft Qaz Çıxarma İdarəsi) 3 saylı Neft Yığım Məntəqəsində baş verib. İlkin məlumatlara görə, köşkdə 10 neftçi olub. Onlardan 1 nəfərin cəsədi tapılıb, 9 nəfər isə itkin düşüb. Artıq 1 ildə 2 ci-dəfədir ki, Xəzər dənizində neftçilərin ölümü, itkin düşməsi ilə nəticələnən hadisə baş verir. Qəribədir ki, keçən il yazdığım sonuncu bloqpost da “Günəşli” platformasındakı yanğın ilə bağlı idi. 

Socar saytında hadisə ilə əlaqədar məlumatlar çatdırır:

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar
İLKİN MƏLUMAT
15.12.2016-cı il tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdur. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşmüşdür:
1. Zülfüqarov Güloglan – maşinist
2. Zülfüqarov Azay – operator
3. Qurbanov Vidadi – operator
4. Həsənov Elçin – mexanik
5. Hacıəliyev Həsənağa – operator
6. Qafarov İlham – operator
7. Əsədov Samir – operator
8. Bəhrəmov Cavid – operator
9. Abbasov Ramiz – maşinist
10. Rüstəmov Qorxmaz – operator
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və ”Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri cəlb olunmuşdur. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılmışdır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcəkdir.

————————————————————————-
N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar Azneft İB-də qərargah yaradılmışdır

15.12.16-cı il tarixində N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılmışdır. Qərargahın əlaqə telefonları:

+994 12 521 11 44

+994 12 521 12 82

+994 50 841 10 62

+994 50 841 12 09

N. Nərimanov adına NQÇİ-yə müraciət edənlər isə aşağıdakı nömrələrə zəng edə bilərlər:

+994 50 388 65 77

+994 51 396 12 05

Hadisə ilə əlaqədar 15 dekabr saat 15.00-da qərargahda jurnalistlər üçün açıqlama veriləcəkdir.

Xəzərdə bədbəxt hadisə – Estаkаdа uçub, neftçilər itkin düşüb (Мirvаri Qəhrəmanlı dаnışır)


İtkin düşən neftçilərin qardaşı AzadliqRadiosuna bunları deyir

 

N. Nərimanov adına NQÇİ-də baş verən hadisədə itkin düşənlərin birinin cəsədi dənizdən çıxarılmışdır

 15.12.16 tarixində N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı itkin düşmüş 10 nəfərdən birinin cəsədi tapılaraq dənizdən çıxarılmışdır. Tapılan cəsədin N. Nərimanov adına NQÇİ-nin 3 saylı neft-yığım məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğluna aid olduğu müəyyən edilmişdir.

 

Advertisements

15/12/2016 tarixində Hadisə içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: