Afrika atalar sözləri

Dünən Facebook’da bir nəfərin atalar sözləri haqda statusunu gördüm. Onlar siz bildiyiniz bizim atalar sözləri yox, Afrika ölklərinin atalar sözləri idi. Sizi bilmirəm, amma mən heç vaxt Afrika ölkələrinin atalar sözləri haqda eşitməmişdim. Onları oxudum və çox marağıma səbəb oldu. Qərara gəldim ki, bir neçə Afrika atalar sözləri də əlavə edərək onları ümumi bloqpost halına gətirərək sizinlə paylaşım. Buyurun, oxuyun.

 

 

 

1. Məsləhəti dinləməyən qulaqlar kəsilən başı müşayiət eləməli olur. (Botsvana)

2. Sevgi heç vaxt itmir, o, sadəcə, gizlənir. (Namibiya)

3. Stulun ən irisində orturmusansa, hələ padşah deyilsən. (Sudan)

4. Özünü lider sayan adamın dalınca gedən yoxdursa, deməli o, eləcə gəzməyə çıxıb. (Malavi)

5. Sən öyrəndiklərin qədər gözəlsən. (Baquirmi)
 
6. Başında şir duran qoyun sürüsü başında qoyun duran şir dəstəsini mələdər. (Qana)
 
7. Ağıllı uşağın anasının adı Səbrdi. (Bantu)

8. Tarakan cücələri idarə etmək istəyirsə, gərək özünə tülkünü cangüdən götürsün. (Nigeriya)

9. Kişi istiot kimidi, onu çeynəməsən, içində nə qədər zəqqutun olduğunu bilməzsən. (Haussa)

10. Tək braslet cingildəməz. (Konqo)

11. Axmaqlar oyun qaydalarını öyrənənəcən ağıllılar pulları bölüşdürüb aradan cırdılar. (Aşanti)

12. Dala bir az pul qoy, amma qoyma pul səni dala qoysun. (Tanzaniya)

13. Yaxşı dostla adi su içəndə də ləzzət eləyir. (Fil Dişi)

14. Pul danışa bilmir, amma yalanı düz göstərə bilir. (Svahili)

15. Ağıldan kasadsansa, ya rəqs eləməyi öyrən, ya da yaxşı sevişməyi. (Zimbabve)

16. Pullu meymuna ərə getsən, pul tükənər, meymun qalar. (Misir)

17. İtlər yal qoyulan yeri yaxşı tanıyır. (Açoli)

18. Meymunların gözəllik yarışında da qalib olur. (Həbəş)

19. Atasız uşaq tavansız ev kimidir.

20. Bu dünya bizə atalarımızdan qalmadı. Biz onu uşaqlarımızdan borc aldıq.

21. Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət onu çatıb keçər.

22. Biri digəri qədər zəngin olunca, qardaşlar bir-birlərini sevərlər.

23. Evində dinc olmaq istəyirsənsə, yoldaşının bütün istədiklərini et.

24. Eşqin yumruğu üzüm kimi şirindir.

25. Əsl dostu iki əlinizlə birdən tutun.

26. Gündüzün bir saatı gecənin iki saatından yaxşıdır.

27. Heç bir mətbəx iki qadının yerləşəcəyi qədər geniş deyil.

28. Min an artıq yaşamaq min qızıla bərabərdir.

29. Uşaq və atası qılıncla yarışa bilməz.

30. Üzümüzün və gözlərimizin rəngi nə olursa olsun, göz yaşlarımızın rəngi eynidir.

31. Yalnız bir dəli suyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər.

Advertisements

07/01/2015 tarixində Atalar sözləri içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: