«İntihar Körpüsü» & «İntihar Qalası»

Vəziyyət doğrudan da çox kritikdir, yoldaşlar.  Bir çoxlarımızın «İntihar Körpüsü» kimi tanıdığımız və «İntihar Qalası» haqda yazmaq qərarına gəldim. Əvvəlcə «İntihar Körpüsü» haqda yazmaq istəyirəm. Əgər fikir verirsinizsə, son zamanlar ölkədə intihar hallarının sayı artıb. Hətta mən deyərdim ki, kritik həddə çatıb. Son bir ildə nə qədər intihar hallları baş verib. Sanki, sıradan adi hadisədir və bu, heç kimi narahat etmir. Düzdür, hamımız müəyyən qədər bu kimi hallara reaksiya veririk və üzülürük, amma nə faydası? Biz sadəcə üzülürük, amma ortada insan həyatı məhv olur. İntiharların əksəriyyəti hamımızın Əzizbəyov körpüsü kimi tanıdığımız “İntihar körpüsündə” baş verir və ya ona cəhd edilir. Vəziyyətin həqiqətən də kritik olmasını Əzizbəyov körpüsünün el arasında «İntihar Körpüsü» kimi adlandırılmasından da görmək olar. Hamımız yaxşı bilirik ki, intihar hallarının baş verməsinin səbəbi sosial problemlər, hüquq pozuntuları, işsizlik və ailə münaqişəsidir. İntihar hallarının qarşısını alınması üçün tez bir zamanda çox ciddi addımlar atmalıdır. Bu günlərdə “İntihar körpüsündən” bir qadın özünü atmaq istəyirdi. Xoşbəxtlikdən polislər onun qarşısını aldılar. Ən acınacaqlısı bilirsiniz nədir? O hadisə baş verən zaman videoya çəkən şəxsin “tullan, tullan da” deməsi idi. Görün, insan həyatı bu ölkədə necə ucuzdur. Cəmiyyətdə insanlardın bir-birinə qarşı nə qədər nifrət, qəzəb və aqressivlik olduğu müşahidə olunur. Çox çətindir. Vəziyyət doğrudan da çox kritikdir, yoldaşlar. Xatırlayırsınızsa, bu yaxınlarda bir kişi Qız Qalasına çıxaraq canına qıymışdı. Baxmayaraq ki, Qız Qalasının üstündə təhlükəsizlik məqsədilə şəffaf mühafizə sədləri düzəldilib, amma nə faydası?  Bu gün yenə bir kişi Qız Qalasına çıxaraq intihar etdi. Mən başa düşmürəm, niyə Qız Qalası polislər tərəfindən mühafizə olunmur? Axı bu yaxınlarda da intihar olmuşdu. Nəzarət gücləndirilməli idi! Əgər nəzarət gücləndirilməsə, düşünürəm ki, o cür intihar halları yenə baş verəcək. Digər bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Telekanallarda hər gün qətl, ölüm, oğurluq, dələduzluq xəbərlərini eşidirik. İnanın ki, bu cür kriminal xəbərlər insanlara psixoloji və süuraltı olaraq təsir edir. Kobud desək, bu, bir növ insanların intihara və digər cinayətlər törətməsinə sövq edir. Birbaşa olmasa da, dolayı yolla bir vasitəçi rolunu oynayırlar.  Fikir verin, telekanallar intihar hallarını yayırlar və intihar etmək istəyən şəxs bundan xəbərdar olur və bilir ki, o bunu “İntihar Korpüsünə” çıxaraq edə bilər. Bunun qarşısını almaqdan ötrü təklif edirəm ki, telekanallarda və saytlarda ölüm, qətl və intihar, kriminal xəbərlərinin efirə, ictimaiyyətə verilməsinin qarşısı alınsın. Düşünürəm ki, əgər elə olarsa, qismən də olsa bu kimi hadisələrin qarşısını almaq olar. Bundan başqa bu məsələ Milli Məclis müstəvisinə çıxarılıb, ciddi müzakirə aparılmalıdır.  Sizi bilmirəm, amma şəxsən məni həmvətənlərimin intihar etməsi çox narahat edir.  Sonda isə bir daha qeyd edim ki, vəziyyət doğrudan da çox kritikdir, yoldaşlar.

Advertisements

29/12/2014 tarixində Cəmiyyət içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: