II Dünya Müharibəsi – azərbaycanlı partizanlar

1945-ci ilin 13 aprel tarixində İtaliyanın Berqamo şəhərindən 20 km aralıda yerləşən Monte di Neze kəndində 120 nəfər azərbaycanlı döyüşçü nasistlər tərəfindən kütləvi şəkildə qətlə yetirilir. Azərbaycan partizan tarixinin ən maraqlı hadisələrindən biri olan bu olay barədə bizim tarixşünslarımız ciddi bir araşdırma aparmayıblar. Aparılan araşdırmalar isə jurnalistlər tərəfindən aparılıb. Həmin olay barədə:

Üçüncü Reyxin legionları tərkibində döyüşən azərbaycanlıların böyük bir qrupu legiondan uzaqlaşıb, İtaliya dağlarına və İsveçrə ərazilərinə doğru hərəkət edirlər. Burada məqsəd isə anti-faşist hərəkatına qoşulmaq və əsas da İtaliyada ad qazanmış Haribaldi partizan dəstəsinə qatılmaqdan ibarət idi. Azərbaycanlılar Berqamo şəhərindən 20 km aralıda yerləşən Monte di Neze kəndinə gəlirlər.

Kənd camaatı gələnlərin kim olduğunu bilmir və buna görə də qorxuya düşürlər. Daha sonra isə onların yorğun, aç olduqlarını və partizan olduqlarını biləndən sonra bizimkilərə öz evlərində yer verirlər və onları gizlədirlər. Azərbaycanlılar bu kənddən sadəcə bir keçid məntəqəsi kimi istifadə etmək istəyirdilər, yəni niyyət qətiyyən burada qalmaq deyildi. Ancaq sən saydığını say söhbəti…

Aprelin 13-ü səhər tezdən yerli kənd kilsəsinin zəngi çalınır. İbadətə tələsən yerli camaat atəş səslərinə diksinir. Kəndə ümumi sayı 2500-dən çox olan respublikaçı faşist, habelə SS-çilər daxil olur. Monte di Neze ərazisində gizlənən azərbaycanlılar barədə mərkəzə gizlin məlumat daxil olmuşdu. Bizimkilərə təslim olmaq çağırışı edilir, ancaq bizimkilərdən rədd cavabı gəlir.

Və beləliklə, Azərbaycandan km-lərcə uzaqda 120 azərbaycanlı ilə 2500 nasist əsgəri arasında qanlı döyüş başlayır. 6 saata yaxın davam edən döyüşdə azərbaycanlıların çoxu döyüş zamanı, bir neçə nəfəri isə döyüşdən sonra qətlə yetirilir.

Ümumiyyətlə, Berqamo ətrafına gəlib çıxmış azərbaycanlıların sayı 900 nəfərə yaxın idi. Onlardan 120 nəfəri Monte di Nezedə öldürüldü. Başqa bir dəstədə olan 300 nəfəri isə əsir alınmışdı. Onların taleyindən heç bir xəbər yoxdur. Yerdə qalanları isə partizanlara qoşulmağa imkan tapmışdı.

Bu gün belə İtaliyanın bu kiçik kəndində azərbaycanlıları böyük hörmət və ehtiramla yad edirlər. Hadisələrin bir neçə canlı şahidi bu gün də həmin kəndə yaşamaqdadır.

Advertisements

12/12/2014 tarixində Maraqlı əhvalatlar içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: