Gecə başıma gələn hadisə

Dünən gecə Budapeşt şəhərinə yola düşməli idim, amma səfərim məndən asılı olmayan səbəbdən təəssüf ki, baş tutmadı. Axşam yaşadığım Traunreut şəhərindən Traunstein şəhərinə qatarla getdim. Hərçənd avtostopla getməyi planlaşdırırdım. Gec olduğuna görə, demək olar ki, heç bir maşın gözə dəymirdi. Ona görə də 3,60 avrodan keçib, qatarla getmək qərarına gəldim.

Heç biletimi yoxlayan da olmadı. Bilsəydim, heç bilet almazdım. (z) Nə isə… Təqribən 25 dəqiqədən sonra Traunstein şəhərinə çatdım və məni Budapeştdə aparacaq sürücünü gözləməyə başladım. 1 saat keçdi, gəlmədi, 2 saat…, 3 saat… Bu minvalla onu 4 saat gözlədim. Tərslikdən nömrəsini də qeyd etməmişdim ki, zəng edib, məsələni araşdırım. Bundan bir neçə gün öncə E-mail vasitəsilə yazışmışdıq deyə və səfərin dəqiq yeri, vaxtı müəyyənləşdirmişdik deyə nömrəni qeyd etməyə o qədər də lüzum görmədim. Gecəni ayaq üstdə olduğuma görə, özümü çox yorğun hiss edirdim. Azmış kimi, yuxun da gəlirdi. 4 saatdan sonra qərara gəldim ki, biraz geri qayıdım, şəhərdə bir yer tapıb. gecələyim. Səhər açılanda da evə qayıdım. Belə də etdim. Meşənin içi ilə 10-15 dəqiqə gedəndən sonra qərara gəldim ki, körpünün üstündə, daha doğrusu, qırağında yatım. Körpünün sağ və sol tərəfi sıx meşəlik idi. Səfərə planlı hazırlaşdığımdan üstümdə silahdan başqa demək olar ki, hər şey var idi. Böyük səyahət çantası, yatmaq üçün yataq dəsti, cib fənəri, quru yemək, konserva, su, meyvə şirəsi, daha nələr və nələr… Video da çəkmişəm, buyurun, baxın. Hərdən belə ekstremal vəziyyətlərdə olmaq yaxşıdır. Düşünürəm ki, adam özünü belə şeylərə öncədən hazırlamalıdır. Yeri gəlmişkən, sonuncu dəfə 8 il bundan qabaq əsgərlikdə olanda çöldə yatmışdım. 

Budapeşt səfərinə gəldikdə isə sabah oraya yola düşəcəyim 100% dəqiqdir. 

 

Advertisements

03/08/2014 tarixində Hadisə içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: