Almaniya səfirliyində əhvalat

Schild-Deutsche_BotschaftBir neçə gün bundan qabaq, daha dəqiq yazsam, fevralın 5-də Almaniya səfirliyinə getmişdim. Viza üçün verəcəyim sənədlərin qəbul vaxtı saat 10:00`a təyin olunmuşdu. Mən də 15 dəqiqə vaxtı qabaqlayaraq tez getmişdim. ISR Plazanın arxa tərəfinə keçib, səfirliyin bir nümayəndəsinə yaxınlaşdım. O, da adımı səfirliyə viza almaq üçün müarciət edənlərin arasında tapıb, məni içəri buraxdı. Daha sonra həmin şəxs anketimin üzərinə möhür vurduqdan sonra 7-ci mərtəbəyə qalxdım. 

Yuxarıda çantamı dolaba qoyub, səfirliyin içərisinə daxil oldum və 3-cü pəncərəyə yaxınlaşmaq üçün öz növbəmi gözləməyə başaladım. Vaxtım çatana kimi 1-ci və 2-ci pəncərələrdə (C kateqoriyalı) yəni, 90 gündən az olan vizalar üçün sənədlər qəbul olunurdu. Nə isə, çox uzatmadan, keçim əsas mətləbə.

Deməli, 2-ci pəncərəyə viza almaq üçün sənədlərini vermək üçün təqribən 20 yaşlarında bir gənc yaxınlaşdı. Həmin gənclə səfirliyin xanım nümayəndəsi ilə təxminən belə dialoq oldu: 

Salam

– Salam

– Sənədləri buyurun.

– Sizin Almaniyaya getməkdə məqsədiniz nədir?

– “Otdıxat” eləmək istəyirəm.

– Yaxşı edirsiniz. 

– Xəbəriniz var, Sizi ora dəvət edən qadın Sizdən 25 yaş böyükdür? 

– Hə, olsun da… (hamı gülür) 

– Siz bilirsinizmi ki, Sizi dəvət edən qadın öz hesabındakı məbləği göstərməlidir? Əks halda, Sizə viza verilməyəcək. 

– Bəs axı mənə dedilər ki, olmasa da olar.

– Xeyr, yanlış məlumatdır. Əgər qadın hesabını təqdim edə bilmirsə, Sizin hesabınızda 5000 € olmalıdır. 

– 5000 €?

– Bəli.

– 5000 € olsa, Almaniyanı neynirəm, elə İtaliyaya gedərəm də…

– Bilirsiniz xanım, mənim əslində ora getməkdə başqa məqsədim var. 

– Hansı məqsədiniz?

– Bilirsiniz, mən idmançıyam. Orada idmanla məşğul olmaq istəyirəm. 

– Siz yaxşı olardı ki, hər hansısa bir idman klubu ilə əlaqə yaradasınız.

– Hmm…

– Siz təbii ki, viza üçün sənədlərinizi verə bilərsiniz. Bu sizin haqqınızdır, ancaq viza verilməyəcək. 

– Siz hansı bölgədən gəlmisiniz?

– Yevlaxdan.

Dialoq bununla da bitdi. Gənc oğlan sənədlərini də götürüb, səfirliyi tərk etdi.  

Advertisements

09/02/2014 tarixində Maraqlı əhvalatlar içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: