zərdabsız səhiyyəmiz

Bir neçə gün bundan qabaq Salyan rayonun Şəkərli kəndində 6 yaşlı bir qızın ilan sancmasınından ölməsi məni Azərbaycan səhiyyəsi haqda yazmağa məcbur etdi. Təsəvvür edin ki, uşağı ilan sancandan sonra Salyan rayon mərkəzi xəstəxanasına aparıblar. Burada uşağa vurmaq üçün zərdab olmayıb! Həkim deyib ki, ilan uşağın sol əlindən sancıb və biz onun sağ əlindən sistem qoşmuşduq. Özü də sistem ha!

Haşiyəyə çıxaraq qeyd edim ki, zərdab, ilan sancmasından sonra həyatı xilas etməkdən ötrü ən vacib tibbi vasitədir. Ona görə də ilan sancan adamları ilk növbədə zərdab vurulmalıdır. Bu haqda bayaq atamla müzakirə etdik. Atam dedi ki, zərdab bahalı iynədir. Yeri gəlmişkən, 1985-ci ildə atamı kəndimizdə gürzə sancmışdı. O vaxt atama Gəncə şəhər xəstəxanasında zərdab vurmuşdular. İndi barmağında izlər hələ də qalıb.

Mövzuya qayıdım. Salyan rayon dövlət xəstəxanasın həkimləri uşağa bir çarə tapa bilmədiyindən təcili olaraq Bakıya göndəriblər. Bununla belə, həkimlərin cəhdinə baxmayaraq, uşaq 4 gündən sonra dünyasını dəyişib.

Vətəndaşlarımız bütün bu baş verən məsuliyyətsizliyin, xəstəxanalardan dərman çatışmazlığının qurbanı olurlar. Nə yazıq! Doğrudan da acınacaqlı bir haldır. Şəhər və rayonlarda yeni xəstəxanalar tikilir, xaricdən yeni bahalı avadanlıqlar gətirilir. Amma nə faydası? Kimə lazımdır bunlar? O xəstəxanalar ki, xəstələrə lazımi tibbi xidməti göstərə bilməyib, paytaxt xəstəxanalarına göndərilirlərsə, o zaman kimə lazımdır elə həkimlər, xəstəxanalar?

Bu yaxınlarda Şamaxının bir kəndində 2 kənd sakininə ayı hücumu olmuşdu. Nəticədə ciddi xəsarət alanlardan biri Bakıya göndərilmişdi. Bu, Azərbaycan səhiyyəsinin bərbad vəziyyətdə olmasına bir daha sübutdur.

Advertisements

05/07/2013 tarixində Gəncə içində dərc edildi və , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: