Ata oldum

Bu gün Ata oldum. Sevincimin həddi, hüdudu yoxdur. Çox sevincliyəm, çox xoşbəxtəm. Açığı, sözlə ifadə olunmayacaq dərəcədə sevinirəm.

Ata olmaq, gözəl hissdir. Yəqin ki, bunu Ata olanlar daha çox anlayar.

Yeri gəlmişkən, bu gün Atalar günüdür. Heç xəbərim də yox idi. Atalar günündə Ata olmaq tamam ayrı hissdir 🙂

Bu gün Atam mənə zəng edib, kövrələrək təbrik etməsini yəqin ki, heç vaxt unutmayacağam.

Hə, lap unutmuşdum. Çoxlarınızın verəcəyi sualı qabaqlayaraq bildirim ki, qız atası oldum 🙂 Həyat yoldaşım ilə qızımızın adını öncədən düşünmüşdük. Qızımızın adını Sara qoyduq 🙂 Necə deyərlər, Atasına, anasına, vətənə, millətə xeyirli övlad olsun 🙂

Bu gün valideyn olanları və həmçinin valideyn olmağa hazırlaşanları təbrik edirəm. Övladı olmayanlara isə tezliklə valideyn olmağı arzulayıram.

Sonda isə sevincimə şərik olan bütün dost, tanışlarıma təşəkkür edirəm. Çox sağ olun ki, varsınız.

Advertisements

16/06/2013 tarixində Hadisə içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. təbriklər 🙂 atalı-analı böyüsün, vətənə-millətə və sizlərə xeyirli övlad olsun 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: