Elektron poçt və Azərbaycan bankları

Açığı, yazının adını tapmaq üçün çox düşündüm. Bilmədim, “Elektron poçt və Banklar”, “E-mail & Azərbaycan bankları”,  yoxsa “Elektron poçtun nə olduğunu bilməyən banklar” qoyum. Qərara gəldim ki, yazını “Elektron poçt və Azərbaycan bankları” adlandırım. Bu, həm də haqqında yazacağım mövzuya daha çox uyğun gəlir. 

Elektron poçt vasitəsilə sual yazdığım banklardan heç olmasa bir neçəsi sualıma cavab yazsa idi, bu yazını yazmaq fikrindən daşınardım.

Ümumiyyətlə, Azərbaycan banklarında Elektron poçt xidməti formalaşmayıb. Düzdür, ola bilsin ki, yazılan E-mailllər oxunur, amma oxunmaqla bərabər vətəndaşları maraqlandıran suallara da cavab vermək lazımdır. 

2 həftə bundan qabaq banklardan bir neçəsinə aşağdakı formada E-mail yazmışdım. 

Salam …… Bank

 
Bilmək istərdim ki, hal-hazırda bankınızın Gəncə filialında vakansiya varmı? 
 
Öncədən təşəkkürlər.

Hörmətlə
 
Yaşar Hüseynov
Bugün 2 həftə tamam olur və 1 bankı çıxmaq şərtilə heç bir bankdan sualıma cavab almamışam.
Yeganə cavab aldığım bank, Muğan Bankdan oldu. Sağ olsunlar, heç 1 saat keçmədi ki, cavab yazdılar.
Deyək ki, hər hansısa bir bankın Gəncə filialında vakansıya yoxdur, amma bu elektron poçta cavab verməmək anlamına gəlməli deyil. Bundan başqa, məndə sual yaranır, əgər elektron poçtunuza baxıb, istifadə etmirsinizsə, o zaman onu saytınızda yerləşdirməyin nə faydası var? Görünüş xatirinə qoyursunuz? Qoy sizə Muğan Bank görk olsun! 
Yeri gəlmişkən, sualıma cavab yazmayan banklar aşağıdakılardır. 
  • Access Bank
  • Amrah Bank
  • Bank of Baku
  • Bank Technique (Texnika Bank)
  • Bank of Azerbaijan
  • Express Bank
  • NBC Bank
  • Nikoil Bank
  • Unibank
  • YapıKredi Bank
  • Zamin Bank
P.S. Bəs siz necə mənim kimi belə hallarla qarşılasmısınızmı?
P.S.S. Aranızda bu banklarda işləyənlər varsa, xahiş edirəm, bu yazını aidiyyatı şəxslərə çatdırasınız. Öncədən təşəkkürlər!
Advertisements

28/02/2013 tarixində Bank içində dərc edildi və , , , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: