“ASAN xidmət”

Bu xidmətdən istifadənin rahatlığı, vətəndaşlara lazım olacaq xidməti və ya bir neçə xidməti yerindəcə, başqa bir yerə getmədən yararlanmasından ibarətdir. Düzdür, mən hələ ‘ASAN’ın xidmətlərinə müraciət etməsəm də amma istifadə edənlər çox razılıq edirlər. Ona görə də bu haqda yazmaq qərara gəldim. Ola bilsin ki, vətəndaşlarımız “ASAN” haqqında ya məlumatları yoxdur və ya məlumatları olsa da hələ xidmətlərindən istifadə etməyiblər. Ona görə də zəhmət olmasa bu yazını paylaşın ki, hamı bu xidmətdən xəbərdar olsun. Hələlik, ASAN xidməti ancaq Bakıda vətəndaşlara xidmət edir. Gələcəkdə böyük şəhərlərdə də açılacağı gözlənilir.

“ASAN xidmət” 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmana əsasən yaradılıb. 

“ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd:

  • vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;
  • vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;
  • peşəkarlıq səviyyəsinin artırılması;
  • dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;
  • şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;
  • elektron xidmətlərdən daha geniş istifadə olunması;
  • bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması.

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları bu xidmətləri həyata keçirir:

  1. – doğumun qeydə alınması;
  2. – ölümün qeydə alınması;
  3. – nikahın qeydə alınması;
  4. – nikahın pozulmasının qeydə alınması;
  5. – övladlığa götürmənin qeydə alınması;
  6. – atalığın müəyyən edilməsinin qeydə alınması;
  7. – adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
  8. – vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
  9. – notariat fəaliyyəti;
  10. – şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  11. – ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  12. – sürücülük vəsiqələrinin dəyişdirilməsi;
  13. – məhkumluq barədə arayışların verilməsi;
  14. – daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:
  15. – yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
  16. – daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
  17. – kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;
  18. – hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
  19. – gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
  20. – Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi;
  21. – torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
  22. – əmək pensiyalarının təyin edilməsi;
  23. – dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.

Yuxarıda yazılan bu məlumatlar ASAN xidmətin Wikipedia səhifəsindən götürülüb. 

İndi isə ASAN xidmətində rüsumlarla tanış olun. 

Advertisements

12/02/2013 tarixində Xidmətlər içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. ASAN xidmət yalnız məlumat verir yoxsa necə?
    http://asan.gov.az/az/content/index/216/suruculuk_vesiqelerinin_deyisdirilmesi
    linkdəki sənədlərlə bərabər ASAN xidmətə getsəm, ordan əldə edə bilərəm?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: