Bir taksi sürücüsü ilə söhbət

Dünən Facebook`da dostlarımdan birinin statusundan bir taksi sürücüsü ilə söhbəti haqda maraqlı status oxudum. Qərara gəldim ki, bu maraqlı əhvalatı bloqumda paylaşım.

 

 

 

 

 

 

Söhbətimiz xarici ölkələrdə yaşamaqdan başladı və Avropanın bir aləm olduğunu deyirdi taksi sürücüsü. Və söhbət başladı. Deyir xaricdə yaşamaq çox gözəldi. Almanyada olmuşam əsgərliyi, qospitalda elektrik temirçisiydim və orda tibb bacısı bir qız vardı, məni istəyirdi. Xidməti bitirməyimə günlər qalmışdı. Qız mənə deyirdi ki, 800 frank mark mən alıram, 500 frank mark da sən, əla yaşayarıq. Qızı çox bəyənirdim, dedim qalıram ey burda. Evə, qardaşıma məktub yazdım ki, burda qız tapmışam. Mən xidmətdən sonra burda qalacam. Üstündən bir həftə keçdi, kənddən məktub gəldi. 

Məktubda yazılmışdı: Qardaş, anamın vəziyyəti çox ağırdı, ağzına qaşıqla su damızdırıram!!!
Elə pis oldum ki, bir tərəfdə gözəl həyat sevdiyim qız, digər tərəfdə məni doğan ana. Dedim, yox ey qayıdıram kəndə amma ürəyim qalıb, qızın yanında. Uzun yoldan sonra gəldim, çıxdım kəndə. Kəndə girişdən gəlirdim evimizə tərəf fikirli-fikirli ki, anam görən nətərdi. Bir də evə çatana yaxın gördüm ki, anam bulaqdan su daşıyır. Dəli oldum, bildim ki, aldadıblar məni. Üstündən 25 il keçib, anam hələ də su daşıyır, məni də görürsən də hardayam 🙂

P.S. Əgər sizin, dostunuzun və ya qohumuzun başına maraqlı bir əhvalat gəlibsə, zəhmət olmasa yasharhuseyn@gmail.com E-mail`inə yazın, mən də onu bloqumda paylaşım 🙂

Advertisements

02/02/2013 tarixində Maraqlı əhvalatlar içində dərc edildi və , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: