Markes`in ölümqabağı məktubu

Qabriel Qarsia MarkesDünən Facebook`da səhifələrin birində məşhur Kolumbiya yazıçısı, «Nobel» mükafatı laureatı Qabriel Qarsia Markes xərçəng xəstəliyinə tutulduqdan sonra dostlarına ölümqabağı yazdığı məktubu oxudum və çox bəyəndim. Qərara gəldim ki, siz oxucularala da bu məktubu bölüşüm. Nə vaxt yazıldığını bilməsəm də qısa olaraq onu yaza bilərəm ki, həm düşündürücü həm də təsirli bir məktubdur. Buyurun, oxuyun. 

 

 

 

 

 

 

 

 

“Əgər Allah mənə bir az da ömür bəxş etsəydi, hər düşündüyümü söyləməz, ancaq hər söylədiyimi mütləq düşünərdim. Hər şeyə dəyər verərdim, verdiyim dəyərə dəydikləri üçün deyil, ifadə edildiyi üçün…
Az yatardım, daha çox yuxu görərdim. Çünki bilirəm ki, gözlərimizi yumduğumuz hər dəqiqədə işıqdan 60 saniyə məhrum qalırıq.
Başqaları dayananda mən yeriyərdim, başqaları yatanda mən oyanardım. Danışan hər kəsi dinləyərdim… Gözəl bir şokoladlı dondurmanı ləzzətlə yeyərdim. Əgər Allah mənə bir qədər də ömür bəxş etsəydi, sadə geyinərdim. Allahım, əgər bir qəlbim olsaydı, bütün nifrətimi bir buzun üzərinə yazıb, günəşin çıxmasını gözləyərdim. Allahım, bir parça ömrüm olsaydı, bir dəqiqəmi belə insanları sevdiyimi onlara söyləmədən keçirməzdim, eşqə aşiq olaraq yaşayardım. İnsanlara aşiq olmaqdan əl çəkdikləri üçün qocaldıqlarını, yaşlandıqdan sonra aşiq olmaqdan çəkindikləri üçün yanıldıqlarını sübut edərdim. 
Bir uşağa qanad verərdim, ancaq uçmağı öyrənməyi öz ixtiyarına buraxardım. Qocalara ölümün yaşla deyil, unutqanlıqla gəldiyini söyləyərdim.
Ey insanlar, sizdən o qədər şey öyrəndim ki?! Heç kəs əsl xoşbəxtliyini sıldırım qayaları dırmaşarkən yaşadığını anlamır, hər kəs dağın zirvəsində yaşamaq istəyir. Uşaq ilk dəfə ayaqlarını yerə basanda atasının əllərinin ona hər zaman dəstək olacağını anlamağa başlayır.
Sizdən o qədər şey öyrəndim ki, ancaq təəssüflər olsun ki, mən öyrəndiklərimi çamadanda saxlayanda özüm ölmüş olacağam. 
Həmişə hiss etdiklərini söylə, düşündüklərini et. Əgər səni bu gün son dəfə yatmış vəziyyətdə görsəydim, səni bərk-bərk qucaqlayardım və Allaha sənin üçün dua edərdim. Əgər sənin son dəfə bu qapıdan çıxdığını görsəydim, sənə sarılardım, səni əzizləyərdim. Əgər son dəfə sənin səsini eşitsəydim, sonradan dəfələrlə eşitmək üçün səsini qeyd edərdim. Əgər səni son dəfə gördüyümü bilsəydim, laqeyd-laqeyd üzünə baxmaz, sənə «SƏNİ SEVİRƏM» deyərdim.
Hər zaman üçün bir sabah var və həyat bizə daha gözəl işlər görmək üçün fürsət verir. Əgər bugünkü fürsət əlimdəki son fürsətdirsə, sənə səni nə qədər sevdiyimi və səni heç vaxt unutmayacağımı söyləmək istərdim. Nə gənc üçün, nə də qoca üçün sabah olacağına təminat yoxdur. Bu gün sevdiklərini son dəfə görə bilərsən. Ona görə də çox gözləmə, işini bu gün gör. Əgər sabah bir daha gəlməsə, bir gülümsəmə, bir qucaqlaşma, bir öpüş üçün vaxt ayıra bilmədiyin və sevdiklərinin istəklərini yerinə yetirmədiyin üçün çox peşman olarsan. Sevdiklərinə yaxın ol. Onlara olan ehtiyacını etiraf et. Onlar üçün zaman ayır. Dostlarına onların sənin üçün nə qədər əhəmiyyətli olduqlarını göstər.”

P.S. Yeri gəlmişkən, hazırda Markes`in “100 ilin tənhalığı” romanını oxumağa başlamışam. Bundan qabaq isə “Sənin qar üzərindəki izinlə” hekayəsini oxuyub, bitirdim. Romanı da bitirdikdən sonra bu 2 əsər bu haqda fikirlərimi yazmağı düşünürəm. 

P.S.S. Bu arada Makres`in bu məktubu yazdığını inkar etdiyi haqda bir yazı oxudum. Ətraflı buradan oxuya bilərsiniz. Siz bu haqda nə düşünürsünüz?

Advertisements

28/01/2013 tarixində Şəxsiyyətlər içində dərc edildi və , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Markezin ölümündən çox təsirləndim. Mənim ən çox sevdiyim yazarım idi. İlk dəfə əsgərlikdə “100 ilin tənhalığı” əsərini oxumuşdum (rusca) və o andan hamıya deyirəm: bu kitabı oxuyun, sizi əmin edirəm ki, özünüzü mütləq o əsərdə tapacaqsınız və həyatınız boyu bir də belə bir şey oxumayacağınıza adım kimi əminəm.

    Markez həyatdır, çox təəssüf ki, azərbaycanca tərcümələrini çox savadsız və bərbad halda edirlər

    • Markes hələ ölməyib, sağdır. Bundan əvvəl oxuduğum “Sənin qar üzərindəki izinlə” hekayəsini çox bəyəndim. Düşünürəm ki, romanı bitirdikdən sonra başqa əsərlərini də mütləq oxuyacam. Razıyam, orfoqrafik səhvlərə çox yol verilir…

      Diqqətinizə görə təşəkkür edirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: