Əsgər ölümlərinə SON!

Əsgər Ölümünə SONDünən sosial şəbəkələrdə əsgər ölümü ilə bağlı geniş müzakirələr aparıldı. Söhbət Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovdan gedir. Əsgərin ölmə səbəbi ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilidi. Hərçənd fotolardan görünür ki, əsgərin baş və bədənində xəsarət izləri var. Bu da onu deməyə əsas verir ki, əsgər döyülərək öldürülüb. Fotolara buradan videoya isə buradan baxa bilərsiniz. Əsgərin ölüm xəbəri haqda yazısına qısa müddətdə 100 mindən çox baxış olub. Bu isə o deməkdir ki, bu xəbəri 100 mindən çox adam oxuyub. Gənclər bu xəbərdən hiddətlənərək ayın 12-də “Əsgər Ölümlərinə dur deyək!!!” adlı aksiya keçirməyi planlaşdırır. Qeyd edim ki, etiraz sivil şəkildə olacaq və bu siyasi aksiya deyil.

Aksiya heç bir təşkilat və ya partiya tərəfindən keçirilmir. Artıq 6000 mindən çox iştirakçı aksiyaya gələcəyini təsdiq edib. Əgər sən də qoşulmaq istəyirsənsə bura daxil ol. 

Bundan başqa Twitter`də də #ƏsgərÖlümünəSon #EsgerCeyhunQubatov adlı həşteqlərlə çoxlu sayda tvitlər yazılaraq bu işdə əli olanlar ciddi tənqid olunub. 

Məni hiddətləndirən odur ki, əsgərin öldürülməsi haqda heç bir telekanal süjet vermədi. Bu gün şüarları “dəqiq, qərəzsiz, vicdanlı” və “döyüş alnınıza yazılıb” olan telekanal məlum xəbərdən özünü xəbərsiz kimi apardı… Xəzər TV isə “Gənclər hərbi xidmətə yollanır” adlı süjet göstərdi. Nə qədər arsız olasan ki, əsgər ölümlərinə göz gumub, qulaq ardına vurasan.

Hələ bütün bu azmış kimi Xəzər Xəbər utanmadan saytında görün nə yazıb

“Bu xəbər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə yüzlərlə insan bu hadisəni qınayıb. “Tvitter”də isə bu günün trendi “Əsgər ölümünə son de” sözü olub. Yüzlərlə insan bu başlıqla tvit yazıblar”

Ceyhun Qubadovun ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq araşdırması gedir.  Məncə əsgərin öldürülməsi faktı sosial şəbəkələrdə geniş etiraza səbəb olduğundan Müdafiə Nazirliyi cinayət işi açıb. Bunu sadəcə ehtimal edirəm. 

Bu ölkədə başda ali komandan, müdafiə naziri olmaqla əsgərlərin taleyi, öldürülməsi onları narahat etmir… Etiraf edim ki, əvvəl əsgərliyə getməyənlərə birmənalı olaraq mənfi yanaşırdım amma indi bu kimi hallardan sonra fikrimdən tamamilə daşınıram. Gələcəkdə çalışacam ki, oğlum əsgərliyə getməsin. Bəli, getməsin! Heç kimin əsgərlikdən sağ-salamat qayıdacağına zəmanət verələ bilməz. 

Sonda qeyd edim ki, Ceyhun Qubadov atasını uşaqlıqdan itirmişdi və ailənin tək övladı idi. Allah onu öldürülməsində günahı əli olanlara lənət eləsin.  

Sonda isə sizə bu videoya baxmağı tövsiyə edirəm.

Advertisements

10/01/2013 tarixində Azərbaycan içində dərc edildi və , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Allah bu işdə günahı olanlara lənət eləsin!

  2. komediyadır…
    Soruşmaq lazımdır, ürək çatışmamazlığı olan birinin əsgərlikdə nə işi var?
    Sonra isə bədən xəsarətlərini də dəlil gətirərək məsələni bağlamaq olar.

    Təəssüf ki, hətta çox təəssüf ki, onu bu hala salan, ölüncəyə qədər döyən bizim millətin övladıdır… Haşa, bizim millətin yox, bizim – gəncləri bilərəkdən savadsız, axmaq, odun kimi yetişdirən dövlətin övladı…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: