Parabankın məsuliyyətsizliyi

Parabank logoBir neçə gün bundan qabaq Parabankda başıma gələn bir hadisəni sizlərə çatdırmaq istəyirəm. Belə ki, yanvar ayında Gəncədə şərtləri mənə münasib olduğu üçün Parabankda plastik kart sifariş vermək qərarına gəldim. Əgər bilsəydim ki, 11 ay sonra plastik kart sifariş verdiyimə peşman olacam, heç bu addımı atmazdım. Bankda plastik kartı sifariş verəndə kart hazır olduqda onu Bakıdan götürmək istədiyimi bank işçisinə bildirmişdim. Müəyyən vaxtdan sonra bankın əsas filialından kartın hesabına müəyyən məbləğ qoyaraq kartı götürdüm. Fevral ayında bloqumun domeni ilə bağlı ödəniş etdikdən sonra kartın hesabında az məbləğ qaldığından qərara gəldim ki, hesaba yenidən pul qoyum. Bunu isə aprel ayında etmişdim. O vaxtdan ta dekabr ayına kimi kartı istifadə etmədim.

Bu günlərdə kartın hesabından pul çıxarmaq istəyirdim amma gördüklərimdən çox təəccübləndim. Kartın hesabında balans “0” idi. Bunu öyrənən kimi banka daxil olub, bunu səbəbini öyrəndim. Mənə kartımın yanvar ayından dekabr ayına kimi dövriyyəsinin çıxarılışını verdilər. Baxdım ki, son dəfə kartımın hesabından oktyabrın 31-də 20$ çıxarılıb. Bu məbləği mən çıxartmadığımı və kartımı bir neçə ay istifadə etmədiyimi bildirib, bunun səbəbini soruşanda mənə Parabankın baş filialına getməyi məsləhət gördülər. Sual yaranır, əgər filial lazımı xidməti göstərə bilməyib, müştərini baş filiala göndərirsə, o zaman filiallar nəyə və kimə lazımdır?! 

Bugün Parabankın baş ofisinə getdim. Banka girməmişdən öncə kartın balansını hər ehtimala qarşı bir daha yoxladım. Yenə də balans “0” idi. İçəri daxil olub, plastik kartımı və kartın dövriyyəsinin çıxarılışını bankın işçilərindən birinə verdim. Hər ehtimala qarşı üstümdə kartdan istifadə etdiyim zaman qəbzləri də götürmüşdüm. Bankın işçisinə qarşılaşdığım problemi  2 dəfə olmaqla danışdım. Çünki birinci dəfə dedi ki, çox tez tez danışırsınız, başa düşmədim. Ona görə də ikinci dəfə danışmalı oldum 🙂 O da kiməsə zəng edib, mən söylədiklərimi danışdı. Məlum oldu ki, mən kartı aldığım bankın Kəpəz filalı bağlanıb və nəticədə mənim hesabımdan pul çıxılıb (oğurlanıb). Mən də soruşdum ki, bağlanıbsa, niyə mənim hesabımdan pul çıxılmalıdır? O da bildirdi ki, daha doğrusu başqa hesaba (?) keçirilib. 

Hörmətli oxucular, bəlkə siz biləsiniz, bu nə deməkdir? Vallah, mən baş aça bilmədim…

İşçi mənə bildirdi ki, bugün axşam 20$ hesabınıza köçürələcək. Qarşılaşdırığım bu problemlə əlaqədar Parabanka rəsmi şikayət E-mail də yazdım. Gözləyək, görək nə olur. Qeyd edim ki, bu artıq banklarda plastik kartlarla bağlı qarşılaşdığım ikinci problemdir. 

Bu arada, diqqət yetirin, Kəpəz filial deyildiyi kimi bağlansa da amma saytda hələ də filial haqda məlumat var.screenshot

          İndi məndə bankın məsuliyyətsizliyi ilə bağlı bir neçə sual yaranır.
  • Filial bağlanırsa, niyə müştəri öncədən xəbərdar edilmir?!
  • Niyə müştərinin xəbəri olmadan onun hesabından pul çıxılır (oğurlanır)?!
  • Nəyə görə müştəri işini, gücünü atıb, bu məsələni araşdırmalıdır?!
  • Əgər filial bağlanıbsa, niyə saytda hələ də o filial haqda məlumat var?!

Bütün bu suallara cavab almaq üçün Parabankdan cavab gözləyirəm. Yeri gəlmişkən bankın şüarı “Paramızın etibarlı evi!”dir. Özü də “Paranızın” yox ha “Paramızın!” 

Advertisements

17/12/2012 tarixində Bank içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Mən də iki ilə yaxındır ki, Parabankın plastik kartından istifadə edirdim. Bankın bütün filiallarında, əsasən də baş ofisdə müştəri xidməti o qədər ləng, işçilər o qədər məsuliyyətsiz idilər ki, bir neçə gün öncə birdəfəlik Parabankdan imtina etdim.

    Mövzuya toxunduğun üçün təşəkkürlər, bəy

  2. Məndə də eyni məsələ baş verib. Bir az fərqli, amma süründürməçilikdə oxşar…

    İş yerimin yaxınlığından Beynəlxalq Bank-ın bankomatından pul çıxaracaqdım. 25 manat çıxardım, sonra düşündüm ki, 25 azdir və 25 manat daha çıxardım. SMS xəbərdarlıq xidmətini aktiv etmişdim, mənə 3 dəfə sms gəldi, guya mən 3 dəfə 25 manat çıxardım.

    Texniki səbəbdir deyə düşündüm, amma hesabımı yoxlayanda fərqinə vardım ki, həqiqətən də 50 manat əvəzinə hesabımdan 75 manat çıxılıb.

    Beynəlxalq banka zəng etdim, şöbələr arası məni o şöbə sənin bu şöbə mənim, o filial sənin bu filial mənim deyə bir saat beləcə telefonda oyaladıqdan sonra mənə bir xanım zorla azərbaycanca dedi ki – bu məsələyə azericard baxır…

    Azericard-a dəfələrlə zəng vurdum, banka və Azericard-a şikayət E-maili yazdım, heç bir xeyiri olmadı… nə telefonuma cavab verdilər, nə də ki E-mailimə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: