«Ümumdünya insan hüquqları günü»

10 dekabr Ümumdünya insan hüquqları günüdür. İctimai Palatanın Fəvvarələr meydanında bugünə təyin etdiyi aksiyada Müxalifət, AXCP, ADP partiyasının üzvləri iştirak edirdilər. Müxalifətin saytına istinadən 66 nəfər aksiya iştirakçısı saxlanılıb. Bəli, bugün Azərbaycan polisi İnsan hüquqları günündə insanların öz haqqlarını tələb etməyə imkan vermədi. “Azadlıq”, “İstefa” səsləndirilənlər o dəqiqə polislərin hücumuna məruz qalırdılar. Bir nəfərin üstünə 4-5 polis hücum çəkib, sürüyə-sürüyə aparırdılar. Hətta polis bir qadını güc tətbiq edərək mitinq yerindən uzaqlaşdırdı. Aksiyada bir nəfər müxalifətin əleyhinə fikirlər səsləndirməsinə baxmayaraq polislər onu da apardılar. Yəni bəzən “sabun” da kömək etmir…

Turan İnformasiya Agentliyinin fotoqrafı Əziz Elxanoğlu (Aziz Elkhanoglu) Facebook səhifəsində belə bir status paylaşıb.

Bu günkü aksiyada bir yaşılı kişi ölkədəki vəziyyəti, prezidenti vəsf edirdi. Jurnalistlərdə həmin kişini çəkirdi. Polislər yaşlı kişini aradan götürmək istəyirdi. Digər polis öz həmkarına dedi ki, “Əl vurma-əl vurma görmürsən bizi tərifləyir?? Qoy tərifləsin!!”  

Advertisements

10/12/2012 tarixində Mitinq içində dərc edildi və , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: