Analoqu olmayan səkilər

Hə, hörmətli oxucular bu dəfə sizə «Analoqu olmayan səkilər» və onların sakinlərə yaratdığı çətinlikilər haqqında məlumat vermək istəyirəm. Daha doğrusu göstərmək istəyirəm ki, şəhərim Gəncə necə sürətlə inkişaf edir. Özüdə inkişaf elə yazının adı kimi analoqu olmayan şəkildə aparılır ki gəl görəsən. Yeni səkilərin həqiqətən də tayı bərabəri, bir sözlə analoqu yoxdur. Yazının da adını ona görə də “Analoqu olmayan səkilər” qoydum. Bir qədər haşiyəyə çıxaraq qeyd edim ki, Gəncədə dəyişdirilən tək səkilər deyil «Üstü bəzək altı təzək»  «Tarixi müasirləşdirilmiş binalar» yazısında şəhərin necə analoqsuz şəkildə təmirinin siz də şahidi ola bilərsiniz. İndi isə sizə analoqsuz səkiləri təqdim edirəm. Buyurun, baxın və münasibətinizi bildirin.

1. Səkinin hündürlüyünə diqqət yetirin. Bu qədər hündürlükdə də heç səki olar?!

2. Yeri qazıb, səkinin bir hissəsini yerə basdırılmaq əvəzinə asfaltın üstünə qoymaqla kifayətləniblər…

3. SSRİ dövründə qoyulmuş və statndartlara qismən də olsa cavab verən səkilər…

4. Analoqu olmayan səkilər çox hündür olduğundan gənclərə çətinlik törədir

5. Eyni ilə yeni səkilər yaşlı insanlardan da yan keçmir…

6. Səki sanki düşmənlərdən müdafiə üçün qoyulub…

7. Bura 5 №li  məktəbin qarşısıdır. Yeni asvalt çəkilmiş hissəyə əvvəl plitələr döşənmişdi. Daha sonra plitələri sökərək yeni səkilər qoydular. Guya yolları genişləndirmək üçün bu addımı atıblar. Hərçənd bu piyadalara çətinlik törədir. Əvəzində isə avtomobillər və avtobuslar üçün dayanacaq rolunu oynayır…

8. Şəhrsiz…

9. Şəhərin digər bir yerində də səkiləri sadəcə olaraq asfalta qoyublar…

10. Diqqət yetirin, səkilər sadəcə olaraq asfalta qoyulduğundan aşıb və səkilər müəyyən yerə qədərdir…

11. Daha bir nümunə…

12. Keçən il Gürcüstanda olanda Rustavidə çəkdiyim fotolardan biridir. Baxın, yeni səkilər qoymaq üçün qazılmış yer belə olmalıdır…

13. Yeni səkiləri qoymaq üçün xüsusi avadanlıqlarla iş görülür…

Advertisements

13/04/2012 tarixində Gəncə içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: