Gənclərin «Gələcək Naminə» mitinqi

Dünən martın 17-də Bakıda gənclərin «Gələcək Naminə» mitinqi baş tutdu. Bir qədər haşiyəyə çıxaraq bildirim ki, əslində bu yazını dünən mitinqdən sonra yazıb, paylaşmalı idim. Amma məndən asılı olmayan səbəblərdən bu gün yazmalı oluram. Nə isə, keçim əsas mətləbə…

Hələ bir neçə gün qabaq gənclərin Bayıl qəsəbəsində mitinq (icazəli) keçirəcəyindən xəbərim var idi. Facebook-da hətta mənə dəvət də göndərmişdilər . Dəvəti nə qəbul, nə də rədd etdim, amma mitinqdə iştirak etdim. Hərçənd mitinqə gələcəklərini bildirib, razılıq verənlərin sayı 1200 nəfərdən çox idi, amma mitinqdə iştirak edənlərin sayı 300-400 nəfərdən çox olmazdı. Bu rəqəmi fotolara əsasən deyirəm. Mən mitinqə 1 saat gecikmişdim.

Bir şeyi də qeyd edim ki, Azərbaycanda bəzi dar düşüncəli adamlar mitinqi müxalifətin adı ilə bağlayırlar. Halbuki həmin mitinqdə başqa partiyaların, gənclər təşkilatlarının üzvləri və həmçinin bitərəf gənclər iştirak edirdi. Mitinqin necə, hansı abu-havada keçməsi haqda heç nə yazmayacam. Sadəcə çəkdiyim foto və videoları sizlərlə paylaşıram. Buyurun, baxın.

Advertisements

18/03/2012 tarixində Mitinq içində dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: