Sumqayıt Bloq Günü

Bildiyiniz kimi 3-4 dekabr tarixlərində “Sumqayıt Bloq Günü” tədbiri baş tutmuşdu. Tədbirdə Azərbaycanın bir neçə şəhər və rayonlarından bloqçular dəvət olunmuşdu. Bunlara misal olaraq Bakı, Sumqayıtla yanaşı Gəncə, Şəki, Lənkəran, Göyçay Xaçmaz, İsmayıllını göstərmək olar. Tədbirin açılışı Qafqaz universitetində keçirildi. 

 

 

Tədbirin I günü 

Proqrama əsasən ilk öncə iştirakçıların qeydiyyatı ilə başladı. Daha sonra rəsmi açılış oldu. Açılışı İlqar Mirzə Azər Nəzərov etdilər.  Sonra isə Sumqayıt haqqında təqdimat olundu. Sumqayıt Bloq Günü çox maraqlı, maraqlı olduğu qədər də aktual mövzular barədə çıxışlar oldu. Müzakirə panellərində “Təhsildə İnformasiya Texnologiyaları-bu gün” həmçinin “E-hökümət və gənclər” mövzusunda çıxışlar oldu. Nahar etdikdən sonra isə Sumqayıt şəhərinə ekskursiya etdik. Yeri gəlmişkən Qafqaz Universitetinin yeməkləri kimi yaxşı yeməkxanası da var idi. O qədər bloqçunu bir arada görmək doğrudan da xoş mənzərə idi. İlk öncə hamılıqla Şəhidlər Xiyabanını ziyarət etdik. Daha sonra isə 18 qrupa bölünərək şəhəri gəzməli və nəzərdə tutuduğumuz yerlərlə tanış olmalı və daha sonra isə bizi müşayət edənlə onun evində qonaq olmalı idik. Misal üçün bizə muzeydə olmaq sonra isə xəstəxanaya getmək həvalə olunmuşdu. Amma təəssüf ki, muzeyə gedə bilmədik. Daha doğrusu getdik amma bağlı idi. Xəstəxanaya getməyə vaxtımız az olduğundan o qədər də böyük olmayan klinikaya getdik. Tibb bacısı və həkim bizi klinika ilə tanış edib, müasir avadanlıqları və onların funksiyaları barədə danışdılar. Hava soyuq olduğundan çay içməyə qərara gəldik. Daha sonra qabaqcadan nəzərdə tutulduğu kimi Aygülgilin ailəsinə qonaq getdik. Mehribanlıqla qarşılandıqdan sonra süfrə arxasına keçdik və bir neçə dadlı təamlardan daddıq. Təxminən 20:00 radələrində Party üçün nəzərdə tutulan yerə getdik. Party də ən çox diqqətimi cəlb edən sumqayıtlı gəncələrin mahnını qəribə tərzdə oynamaqları oldu 😀 Heyif ki, rəqsi çəkmək imkanım olmadı. Partydən sonra biz otelə digər iştirakçılar isə Bakıya getdilər.

Tədbirin II günü 

Tədbirin ikinci günü də ilk gündə olduğu kimi maraqlı keçdi. İlk öncə Sumqayıt Bloq Günü ilə bağlı İlqar Mirzə müsabiqə haqqında məlumat verməklə başladı. Sonra isə Baba Əliyev “Bloqçuluğa fərqli baxış” daha sonra isə Azər Nəzərov “Bloqunuz danışsın (audio haqqında)” bağlı çıxış etdilər. Bloqçular üçün maraqlı və cəlbedici mövzu ilə “Bloqun ictimayyətdə məhşurlaşdırılması” mövzusunda Əli Hacızadə danışdı. Sonra Əhməd Muxtar “Foto Bloqçuluğun sirləri” mövzusunda məlumat verdi və çəkdiyi çox maraqlı fotoları ilə biz bloqçuları tanış etdi. Bundan başqa Foto ilə maraqlananları Azad Fotoqraflar Repartyorlar birliyində foto kurs keçməyə dəvət etdi. Qeyd edim ki, kurs pulsuz olacaq. Bu sahə ilə maraqlananlar Əhmədə müraciət edə bilər. Proqramda olmasa da amma Fərhad Ələkbərov da bloqdan qazanc haqqında çıxış edərək bloqçulara məlumat verdi. Bundan sonra isə tədbirə yekun vuruldu. 2 gün davam edən Sumqayıt Bloq Günü düşünürəm ki, yadda qalan oldu. Gələcəkdə də başqa şəhər və rayonlarda belə bloq günlərinin keçirilməsini istərdim. Təşkilatçılar bu haqda düşünüb, tədbir təşkil etsələr sevinib, minnətdar olaram 🙂 Bloq günü mənə yeniliklərdən xəbərdar olmaq yeni bloqçularla tanışlıq və bilmədiklərimi öyrənmək imkanı verdi. Buna görə də tədbiri təşkil edənlərə bloqçular adından təşəkkür edirəm. Sonda isə Bloq Günündə çəkdiyim şəkilləri, videonu, bloqçuların “Bloq Günü” sizə nə verdi? sualını cavablandırdılar. Baxmağı unutmayın. Ümid edirəm bəyənəcəksiniz 🙂

Advertisements

06/12/2011 tarixində Sumqayıt Bloq Günü içində dərc edildi və , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: