Metro & Tarif Şurası

Şəki – Mingəçevir avtobusunda gedərkən Twitter də xəbər tutdum ki, bəs metroda gediş haqqı artırılıb. Əvvəl elə bildim şaiyədir. Yaxşı bilirsiniz ki, son günlərdə verilən bir neçə məlumat yalan olur və öz təsdiqini tapmır. Ona görə də xəbərin doğruluğuna şübhə etdim.  Daha sonra dostlardan bu xəbəri dəqiləşdirəndən sonra məlumatın düz olduğuna əmin oldum. Əvvəl gediş haqqı 5 qəpik olan metro daha sonra 15 indi də 1 dekabr tarixindən 20 qəpik olacaqdır. Düşünə bilərik 5 qəpik bir şey deyil. Amma hər halda heç nə də deyil. Azərbaycanda çox şeyin qiyməti qaldırsalar da amma xidmətin səviyyəsini qaldırmağı unudurlar. Səviyyə demişkən bu arada Tağı Əhmədovun səviyyəsi yadıma düşdü.

Hələ bu azmış kimi Tağı Əhmədov müsahibələrinin birində demişdi: “Biz heç kimi metroya minməyə məcbur etmirik. Kimin xoşuna gəlmir, minməsin!” Belə metropoliten rəisindən nə gözləyəsən?

Təklif edirəm ki, bir halda gediş haqqı artırılır o zaman dövlətdə metroya ayırılmış datasiyanını da dayandırsın. Çünki əgər gediş haqqı qaldırılırsa o zaman datasiyanın ayırılması mənasızdır. Fikirləşəcəksiniz ki, datasiyasız mümkün deyil. Amma gəlin unutmayaq ki, metrodan gün ərzində nə qədər əhali istifadə edir və bu təbii ki, az vəsait deyil.

Yeri gəlmişkən Metropolitenin saytına da daxil oldum. Nəticə isə aşağıdakı kimidir.

Bakı Metropoliteninin saytının ön görünüşü, diqqətlə baxsanız orfoqrafik səhvləri görərsiniz.

Daha sonra isə saytda növbəti şəkilə baxın. Sayt Allah bilir nə vaxt yenilənib. Əslində heç yenilənməyib də. Əks təqdirdə belə olmazdı. Şəkildə gördüyünüz kimi nə yeni stansiyalar əlavə olunub nə də ki, keçmiş stansiyalarln adları dəyişdirilib.

Saytını yeniləməyən bizə Wİ-Fİ vəd verib. BƏRƏKALLAH!

Sonda isə Tağı Əhmədovu və Metropoliten işçilərini bir-bir təbrik edir, Tarif Şurasını da şiddətlə qınayıram!

Advertisements

28/11/2011 tarixində Cəmiyyət içində dərc edildi və , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. Yaşar, deyirəm, yatıb yuxularında nə görürlər, onu də eləyirlər. Camaatı düşünən kim. Hələ metrodakı yeraltı bazardan gələn gəlirlər hara gedir, bəlli deyil.

    • Camaatda heçnə olmamış kimi bunu da qəbul edəcək. Amma Tarif Şurasının bu qərarına etiraz etmək lazımdır. Əvvəl iş yerlərini aç, maaşları qaldır, sonra gediş haqqını qaldır. Bu halda normal hal ola bilərdi.

  2. Belə getsə artıq qədim də olan kimi vergi və mükəlləfiyyətlərimiz artacaq.

  3. Ay da dəhsətdir ee bu xalqın səlahiyyətli insanları. Mədəniyyətsiz danışğını belə bilmir. Səviyyəsiz! Xalq sözü bir yerə qoya bir müddət metroya minməyədə, hansı yolla olur olsun başqa vasitələrdən itifadə edə. Onda ağlı başına gələr o qudurmuş mənəviyyatsızın!

  4. Üzr istəyirəm hamıdan ifadəmə görə, çox əsəbləşdim videonu görəndə

  5. Bizim millətə buda azdı, gün gələr buna da şükür edərik.

  1. Geri bildiriş: Günün qalmaqalı => METRO « Nağıllardan => Reallığa

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: