Tamahkar poçt işçisi

İndi elə bir cəmiyyətdə yaşayırıq ki, pul göndərmək istədiyimiz zaman tez, asan vasitələr vardır. Bunlara misal olaraq bank, poçt və dədə-baba adəti ilə kiminləsə göndərməyi göstərmək olar.  Amma mən bütün bunlar haqqında yox sadəcə olaraq bizim “sürətli” Azərpoçt xidmətləri barədə yazmaq istəyirəm. Belə ki, dünən mənə Bakıdan göndərilən pulu iş vaxtında getsəmdə ala bilmədim. Hətta xanım poçt işçisi bir neçə sistemə baxdı. Amma pulu keçmədiyini yazdı. Halbuki pul mən gedən vaxtdan təxminən bir saat qabaq göndərilmişdi. Normal da isə pul köçürüləndən təxminən 20 dəqiqə pulu almaq mümkündür. Nə isə keçim ikinci günə…Bu gün də pulu almaq üçün saat 13:00 radələrində yenidən mərkəzi poçta getdim. Amma nahar vaxtı olduğundan yenidən geri qayıtmalı oldum.  Təxminən saat 15:00 da yenidən poçta gəldim. Nə qədər göndərildiyini dəqiq bildiyimdən poçt işçisi mənə pulu verəndə 40 qəpik az verdi. Bunun səbəbini soruşdum. Dialoq təqribən aşağıdakı kimi oldu.

Mən — Mənə nə qədər pul göndəriblər?
Poçt işçisi — 118 manat
Mən — Bəs siz mənə 117 manat 60 qəpik vermisiniz.
Poçt işçisi — 40 qəpik bu kağızın puludur (blankı doldurmağını nəzərdə tutur)
Mən — Niyə, səbəb nədir?
Poçt işçisi — Çünki bu blankı mən sizin əvəzinizə doldurdum.
Mən — Onu mən özüm də doldura bilərəm. 

Bundan sonra blankı aldım və doldurmağa başladım. Ad, soyad, sənədin növü, Şəxsiyyət Vəsiqəsinin nömrəsi və yaşadığım ünvanı qeyd edib, imzaladım sonra ona qaytardım. Poçt işçisi baxdı və bildirdi ki, siz səhv yazmısınız. Blankı geri aldım və iki yerdə etdiyim yanlışlığı düzəldib, yenidən qaytardım. Sonra poçt işçisi ilə mübahisə yarandı.

Poçt işçisi — Bu blankı siz doldurmalısınız.
Mən — Niyə mən?! Siz poçt işçisisiniz və bunu siz etməlisiniz.
Poçt işçisi — Yox, siz doldurmalısınız. Siz doldursaydınız pul almayacaqdım.
Mən — Siz öz işinizi bilmirsiniz. Bunu yazmaq sizin borcunuzdur. 
Poçt işçisi — Yox
Mən — Sizdən şikayət edəcəm.
Poçt işçisi — Gedin edin.
Mən — Siz o pulu məndən qanunsuz alırsınız.
Poçt işçisi — Niyə?!
Mən — 40 qəpik çıxan zaman mənə qəbz verməli idiniz. Amma vermədiniz!
Poçt işçisi — Gözləyin indi yanınızdakı oğlana verəcəm.
Mən — Çalışın vətəndaşlara düzgün xidmət edin! 

Belə mübahisəli dialoqdan sonra pulumun hamısını qəpiyinə kimi alıb, poçtu tərk etdim 🙂 Bilirsiniz söhbətin mahiyyəti 40 qəpikdə yox onu haqsız yerə məndən götürməsi idi. Əgər mənim başıma gələn hadisə ilə qarşılaşsanız, çalışın heç bir vaxt bununla razılaşmayın.

P.S. Haqqı tələb etmək hamının haqqıdır ©

Advertisements

05/11/2011 tarixində Xidmətlər içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Mən sizinlə razıyam! Amma bunun haqqım olduğunu bilsəm də bəzən tələb etməkdən utanıram. Poçt işçiləri həddən çox qanun pozuntusuna yol verirlər.

  2. Utanmaq lazım deyil, haqqınızı alanlar qoy sizdən utansınlar!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: