Ramil Səfərova məktub

Bir neçə gün bundan qabaq Ramil Səfərovun Facebook da açılmış səhifəsində belə bir statusu oxudum. “Ramil Səfərovun hüquqlarının müdafiə saytının qonaq dəftərində ona ünvanlanmış istifadəçi şərhləri gələn həftənin 3-cü günü zabitimizin özünə göndəriləcək”. Qərara gəldim ki, məndə ona məktub yazım. Əvvəl ramilsafarov.infosaytında qonaq dəftəninə yazdım. Sonra qərara gəldim ki, Ramil qardaşımıza həm öz məktubumu həm də başqa bir neçə nəfər tərəfindən yazılmış məktubları paylaşım. Dostlar sizdə ona məktub yaza bilərsiniz. Gəlin qardaşımızı darıxmağa qoymayaq. Ən azından ona ünvanlanan məktublar  cuzi də olsa təsəlli olar. Məktub yazmaq istəyənlər BURAYA daxil olsunlar. 

Salam Ramil, necəsən, qardaş? Təəssüf ki, sualına cavab ala bilməsəmdə amma ümid edirəm həbsxanada olsanda yaxşısan. Təki sən orada yaxşı olmağı bacar. Bilirəm ki, sən səbrli, iradəli və çox dözümlüsən.

Həbsxanada olsanda Maqda Sabonun “Qapı” romanını macar dilindən Azərbaycan dilinə tərcümə etməyin çox sevindirici haldır. Azadlığın əlindən alınsada belə işlərin çox müsbət haldır. Ramil, vətəndən uzaqda olsan da əmin ola bilərsən ki, Azərbaycan xalqı səninlə fəxr edib, qürur duyur. Yazdığım bu məktub tezliklə sənə çatsa çox şad olaram. Sənə yazılacaq, deyiləcək sözlərim çoxdur. Qardaş, tezliklə səni azadlıqda görmək ümidi ilə, Allah amanında!

Vüsal Məmmədov, Azərbaycan       10.10.2011 00:31

Salam. Ramil əziz qardaşım necəsən? Biz ümid edirik ki, sən etdiklərin üçün peşman deyilsən. Çünki biz sözün həqiqi mənasında səninlə fəxr edirik, qürur duyuruq. Kaş sənin kimi oğul vətənə qayıdardı. Mənim kimilər gəlib sənin məhbusluğunu çəkərdi. Sən bu xalqın dilində olan lazımdır kəlməsini məhv etdin və Vətən üçün hər şeyin lazım olduğunu sübut etdin…Sənə hər şey halal olsun. Yəqin Mübariz də səndən nümunə götürdü…Özünə yaxşı bax qardaşım

İlkin İsmayilov, Azərbaycan       09.10.2011 22:16

Ədalətsiz keçən 2789-cu gündə yazıram bu yazını. Bir tək bunu bil ki, sənsiz çox darıxmışıq və səni vətənində gözləyirik!!

Xəyalə Əliyeva, Azərbaycan       06.10.2011 16:45

Ramil, əziz qardaşım mənim. Sənə bilmirəm ki, nə yazım. O qədər sevincliyəm ki, bu mesajlar sənə çatacaq deyə. Səni çox sevirəm. Sən damarında Azərbaycan qanı axan hər bir gəncin, yəni bizlərin boyuk qardaşımızsan. Sənə baxıb örnək alırıq. Səninlə inan ki, hər kəs fəxr edir burda. Vətənində səni hamı sevir. İnan Allaha ki, bu bir həqiqətdir. Bu mesajları əminliklə və qürurla oxuya bilərsən. Sən Azərbaycanın tarixinə düşmüsən. Bizim yaddaşımızdan heç vaxt və heç vaxt silinməyəcəksən və unudulmayacaqsan. Gələcək övladlarımıza da bəhs edəcəyik səndən və sənin kimi bir çox vətən oğullarından. Halal olsun sənə! heç vaxt ozunu tək, yalnız hiss etmə. Çünki biz hər zaman səninləyik. Səni çox sevirik. ALLAH TALA SƏNİ QORUSUN…

Aysu Əsgərli, Almaniya        01.10.2011 21:54

Salam, bu səhifəni açan dostumuza çox təşəkkürlər…Söyləyləyəcəyim tək kəlmə halal olsun və vətənini unudan insanlara da ar olsun…Bir ibrət götürsünlər vətən sevgisi, torpaq sevgisi necə olur. Bizim üçün vətən üçün ömrünün ən gözəl günlərini zindanlarda keçirir. Tek diləyim onu ziyarət etmək Allahın kömekliyi ilə edəcəm…

Mehmet Arıbaş, Türkiye       01.10.2011 13:10

Allah yardımçın olsun kardeşim.. Orda yatması gereken aslında sen değil senin sabır sınırlarını zorlayan o ermeni olmalıydı …. Ama ona da gereken dersi vermişsin !!! Azadlığın için İnşallah Macaristan devleti senin leyhine adımları atar ve sen de kurtulursun.

Zaur Əsgərov, Rusiya       17.09.2011 15:13

Allah Ramilə özü kömək olsun. İnşallah Ramilin qapısını açar. Ramil qardaşdı. Ona can qurban. O əsl qəhrəman və vətənpərvərdir. Onun kimi oğul nəinki Azərbaycanda dünyada da azdır bəlkə də yoxdur.

Advertisements

11/10/2011 tarixində Məktub içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: