10.10.2010 – 10.10.2011

Bu gün Blogger fəaliyyətimin 1 ili tamam olur. Bu müddət ərzində bloq sahəsində bir çox biliklərə yiyələnmişəm. Etiraf edim 1 il bundan qabaq heç ağlıma belə gətirməzdim ki, bloq yazıları yazmağa başlayacam. Çünki fikirləşirdim bu işin öhdəsindən gələ bilmərəm. Bloq yazı yazmaq hara, mən hara? 🙂 Düşünürdüm yazı yazmaq üçün gərək xüsusi istedadın olsun. Bu fikirlərim ilk yazımı yazana qədər belə oldu. Bundan sonra heç bir isteda da ehtiyac olmadığını başa düşdüm. Sadəcə olaraq fikirlərini toplayıb, nə haqda yazacağını dəqiq bilsən yazı yazmaq alınacaq. Misal üçün mən bloq yazılarımı ümumi mövzularda əsasən bloqumda şüar kimi seçdiyim “bildiklərim, gördüklərim, eşitdiklərim” haqqında yazıram. 

Qısa olaraq bloq yazmağıma necə gəldiyimi və bu işdə kimlərin rolu olduğunu sizlərlə paylaşmaq istərdim. Keçən il bu vaxtı Gəncədən olan Blogger Ülvi Telmansoy Gəncədə bloq təlimlərinin keçiriləcəyi ilə bağlı mənə məlumat vermişdi. Mən də iştirak edəcəyimi bildirmişdim. O zaman 1 günlük təlim keçməyə İlqar MirzəBaba Əliyev gəlmişdi. Amma əslində bu təlim yox məlumat xarakterli görüş idi. Bundan bir neçə gün sonra isə 3 günlük təlim keçirilmişdi. Təbii ki, məndə həmin təlimlərin iştirakçısı oldum. Keçirilən təlimlərdə bloq nədir, necə olur, nədən yazmaq, paylaşmaq, məhşurlaşdırmaq və pul qazanmaq olar haqda məlumatlar öyrənmişdik. Daha sonra 2 ci keçirilmiş təlimdə bloq təlimçisi kimi Azər Nəzərovda iştirak etmişdi.

Yadımdadır bloqçular üçün Sosium Sosial Bloq Yazıları Müsabiqəsi – 2 təşkil olunanda mən də Gəncəlilərin yeni avtobus həsrəti adlı yazısı ilə iştirak etmişdim. Müsabiqəyə təqdim olunmuş 111 yazı arasında 5-ci yer tutmağım və 50 AZN mükafat qazanmağıma çox sevinmişdim 🙂

Bu ilin yanvardında İlqar Mirzə ilə Gəncə Bloqçular Klubunu təsis etdik. Sevindirici haldır ki, hal hazırda BakıŞəkiSumqayıt Bloqçular Klubu fəaliyyət göstərir. Çox istərdim bu sıraya digər şəhər və rayonlarda əlavə olunsun.

Bu 1 il ərzində GBŞ Gənc Bloqçular Şəbəkəsinin dəstəyi ilə bir dəfə Mingəçevirdə təlim keçmişdim. Bundan başqa bir dəfə də Sumqayıtda İlqar Mirzə ilə birlikdə təlim keçmişdik. Hər iki şəhərdə təlimlər maraqlı, yadda qalan olmuşdu. Bu il ilk dəfə Bloqosferdə iştirak etdim. 2-4 sentyabrda Bloqçuların və Yeni Media mütəxəssislərinin II Forumuna iştirak etməyim və qiyabi tanıdığım bloqçu və jurnalistləri bir arada görməyim çox xoş idi.

Hal hazırda bloqumda bu yazını da əlavə etsəm 40  yazı vardır. Bu isə aya təxminən 3 yazı edir. Bilirəm bu çox azdır. Amma inanın bu yazı yazmaq xatirinə yazmadığım üçün belədir.

Sonda isə Blogger olmağıma səbəbkar olan Ülvi Telmansoy, İlqar Mirzə, Baba Əliyev və Azər Nəzərova öz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, mənim sevdiyim məşğuliyyətlər arasına bloq yazmağı da əlavə etdiniz 🙂

Advertisements

10/10/2011 tarixində Təəssüratlar içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: