Bəxtiyar Hacıyevə məktub

Bu gün həbsdə olan gənc fəal, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevə məktub yazdım. Gələn həftə yəni oktyabrın 10 da qardaşı Vüqar Bəxtiyara baş çəkəcək. Ümid edirəm ki,  tezliklə qardaşı vasitəsilə məktubum ona çatacaq.

Onu tanıyan dostlar sizdə məktub yaza bilərsiniz. Gəlin həbsdə olan dostumuza az da olsa mənəvi dəstəyimizi əsirgəməyək. İnanmıram ki, məndən başqa dostlarından kimsə ona məktub yazmasın. Yazdığım məktubun mətni ilə sizi də tanış edirəm. Buyurun oxuyun.

 

Salam Bəxtiyar 


Sadə vətəndaşın əhvalı necədir? Yəqin ki, səninlə görüşməyə gələnlər salamımı sənə çatdırıblar. Sözün açığı sənə məktub yazmağı mənə Gültəkin tövsiyə etdi. Amma inan bu o demək deyil ki, sən yaddan çıxmısan. Arada səni yada salıram. Yadındadırsa birlikdə Xan bağında çəkdirdiyimiz şəkillərə baxıb, ötən günlərimizi xatırlayıram. Sənin yolda piyada zolağından keçəndə sürücülərə əlin ilə etdiyin jest hələ də bu günə kimi yadımdadır 🙂 Sən millət vəkili olmağına namizədliyini irəli sürəndə Bakıda könülü olaraq dostlarına qoşularaq dəstək olmağım da yaxşı yadımdadır. O zaman səninlə hələ yeni tanış olmuşduq. Hətta sən məni başqa Yaşarla səhv salmışdın 🙂 Təbliğat kampaniyasında çox qısa olsamda səni və Müsbət Dəyişiklik Hərəkatının digər üzvləri ilə yaxından tanış olub, dost olmuşdum. Buna görə çox şadam. Yeri gəlmişkən hərdən MDH üzvləri yazışıb, bir birimizlə hal əhval tuturuq. Sevindirici haldır ki, fəaliyyətlərini dayandırmayıblar. Amma əksər hallarda onlarla əyani olaraq sənin məhkəmələrində görüşürdük 🙂 
Çox təəssüf ki, səninlə yada salınacaq günlərimiz azdır. Amma İnşallah hələ heç də heçnə itirilməyib. İnanmaq istəyirəm ki, həbsxana həyatı səni sarsıtmayıb. 
Bu gün sənin Facebookda səhifənə daxil oldum və dostlarından biri sənin yazdığın məktubunu paylaşmışdı. Oxuyub, sevindim. Həbsxanada olsanda elə nikbin məktub yazmısan ki, sanki həbsxanada yox azadlıqdasan 🙂 Sən həbs olunmamışdan qabaq tez tez səninlə, dostlarla birlikdə görüşürdük. Hərçənd elə bu görüşlərin çoxu məhkəmədə olurdu. Təəssüf ki, indi sənin saxlandığın həbsxanaya baş çəkə bilmirəm. Xahiş edirəm bunu üzürlü hesab edəsən. Ümid edirəm ki, azadlığın fiziki cəhətdən alınsada amma özünü mənəvi cəhətdən azad hiss edirsən. 
Bu gün sənin Twitterdə hesabına baxdım. Sonuncu dəfə səhifəndə 28 may tarixində paylaşılıb. Həm Twitterdə həm də Facebook səhifəmdə belə bir status yazdım. 

“Bəxtiyar Hacıyevin Twitter səhifəsində son dəfə 28 may tarixində paylaşılıb. Çox istərdim ki, 18 oktyabrda onu azadlıqda görək” 

Hələlik Facebookda bu statusu 3 nəfər bəyənib. Amma günün sonuna hələ çox var. Nə edim axı sənin qədər dostum yoxdur 🙂 
Sadə vətəndaş, statusda paylaşdığım arzunun tezliklə həqiqət olması diləyi ilə sənə yazdığım ilk məktubumu bitirirəm. Amma arzu edirəm ki, sənə yazdığım bu məktub ilk və sonuncu olsun.
Çünki tezliklə səni azadlıqda görmək istəyirəm! Allah amanında! 
Hörmətlə 
Yaşar Hüseynov
07.10.2011                                                     
Advertisements

07/10/2011 tarixində Məktub içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: