Rustavi və Tbilisi təəssüratlarım

24-29 Sentyabr aralığında RustaviTbilisi şəhərlərində oldum. Səfərimin məqsədi münasib vaxtda olmasa da sadəcə olaraq gəzmək idi. Sonuncu dəfə Gürcüstanda 1 il 3 ay əvvəl olmuşdum. O vaxtdan bu vaxta kimi dəyişikliklər nəzərdən qaçmırdı. Hər iki şəhərdə yeniliklər, yenidənqurma, bərpa işlərinin şahidi oldum. Amma söhbətin məğzinə keçmədən öncə bir nüansı qeyd edim. Keçən ilk dəfə Gürcüstana gedəndə Azərbaycan tərəfdən Qırmızı Körpü (hərçənd rəsmi olaraq Sınıq Körpü DSX adlanır) Dövlət Sərhəd Xidməti təmirsiz və sərhəd kimi yararsız vəziyyətdə idi. Getməmişdən qabaq dost,  tanışlardan eşitmişdim ki, bəs sərhəddi təmir ediblər, çox yaxşıdır. Həm də daha rahat və tez keçmək olur. Getdim və şahidi oldum. Sərhəddən keçməyim heç 10 dəqiqə vaxtımı almadı. Gəncədən Qırmızı Körpüyə qədər neçə km olmasını bilməsəm də vaxt baxımından 3 saat çəkdi. Gürcüstan tərəfə keçəndə tvitləyirdim ki, bir də eşitdim ki, gürcü sərhədçi “abi, qardaş” deyə müraciət edib, keçməyimi istədi. Öz aramızdı söz ehtiyatını çoxaldıblar 🙂

Sərhəddə isə azərbaycanlılara rast gəlməmək mümkün deyil. Pul dəyişəndən tutmuş, taksi, qazel sürücülərinə kimi… Bir taksi sürücüsü təklif etdi ki, tələsirsənsə 15 lariyə (7,50 AZN)  səni Tbilisiyə aparım. Mən də hara tələsəsiydim ki, tələsməyə vaxtım da yox idi 🙂 Ona görə də razılaşmayıb, Tbilisiyə gedən qazel gec çıxacağından Rustaviyə getməli oldum. Keçən il də eynən belə etmişdim. Sürücü də yeri gəlmişkən, azərbaycanlı idi. Sərhəddən Rustaviyə gediş haqqı 2 laridir (1 AZN) Təxminən 40 dəqiqəlik yoldan sonra Rustaviyə çatdıq. Bu şəhəri mən Sumqayıta çox oxşadıram. Orada olanlar yəqin ki, bunu təsdiq edərlər.

Rustavi, əsas prospekt

Rustavidə keçən il olanda o qədər də gəzmədim. Çünki vaxt az idi. Amma bu dəfə vaxtım çox olduğundan gəzməyə bilməzdim. Amma əvvəl dayıma zəng edib gəldiyimi bildirməli idim. Bunun üçün nömrə almağa getdim. Yaxınlıqda Geocell’in müştəri xidmətləri var idi. Nömrənin qiyməti 1 lari (0, 50 AZN) idi. Amma İnternetdən istifadə etdiyimi bildirəndə məlum oldu ki 6 lari (3 AZN) ödəməliyəm. Nəticədə hesabda 5 lari və 1 Gb İnternet paketi təsəvvür edirsiniz? Misal üçün Azercell-də cəmi 30+30=60 Mb İnternet paketi 3, 54 AZN-dir. (7 lari) Onu da istifadə etmək üçün 1 ay vaxt verilir.

Sonra bir az yüngül yemək yeyib, bir neçə şəkil çəkdim. Rustavinin binaları çox xoşuma gəldi. Zövqlə rəngləmişdilər.

Rustavi, yaşayış binaları

Daha sonra çox sevdiyim Tbilisiyə yola düşdüm. Rustavidən Tbilisiyə gediş haqqı 1, 30 lari (0,65 AZN) keçən il isə 1 lari (0,50 AZN) idi.  Rustavidən Tbilisiyə təxminən Bakıdan Sumqayıta kimi olan məsafə var.

Vaxtanq Qorqosal abidəsi və Metexi kilsəsi

Yuxarıda qeyd etdiyim kimi Tbilisidə yenidənqurma bərpa işləri gedirdi. Misal üçün, bu şəkil diqqətimdən yayınmadı.

Tbilisi, restavrasiya olunmuş bina

Yəqin ki, bu bina Azərbaycanda olsa idi, restavrasiya əvəzinə üzərinə aqlay vurmuşdular.

Tbilisidə olanlar bilirlər ki, bir çox maraqlı abidələr var. Onlardan biri ilə buyurun, tanış olun.

Bunun nə olduğunu bilsəniz mənə də deyərsiniz 🙂

Tbilisi kreativ şəhər olduğunu bildirsəm yəqin ki, yanılmaram. Diqqətimdən yayınmayan yerli nömrələri oldu.

Belə seriyalı maşını azərbaycanlıların sürməyinə şübhə edirəm 😀

Qeyri-adi, ani çəkilən şəkilləri çəkməyi çox sevirəm. Bu məqamı çətin də olsa tuta bildim.

Hərdən belə də olur 😀

Tbilisidə sarı rəngli avtobuslarda sürücüyə gediş haqqı verilmir. Bunun üçün xüsusi aparat var. Onun vasitəsi ilə bilet almaq olur. Gediş haqqı 0,50 laridir (0, 25 AZN) Kartla da bilet almaq mümkündür. Avtobusdan iki dəfə istifadə etdim, nəzarətçi bir dəfə yoxladı. Bilet almadığın təqdirdə 6 lari (3 AZN) cərimə ödəyirsən.

Bilet almaq üçün aparat

Bundan başqa bir çox dayanacaqlarda elektron lövhələr quraşdırılıb. Saat, havanın hərarəti, marşrut planı öz əksini tapır. Təəssüf ki, onun şəkilini çəkə bilmədim.

Tbilisidə metro da var. Amma ondan istifadə edə bilmədim. Növbəti dəfə çalışacam ki, metroya da baş çəkim.

Bu bina isə yəqin ki, bir çoxlarınıza məlumdur.

Prezident iqamətgahı

Digər şəkilləri isə slayd şəkilində paylaşıram. Ümid edirəm bəyənəcəksiniz.

Bu slaydşou üçün JavaScript lazımdır.

P.S. Yazını və şəkilləri bəyəndinsə paylaşmağı unutma 🙂

Advertisements

02/10/2011 tarixində Təəssüratlar içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Maraqlıdı. Mən də Rustavidə oldum bu yay. Mənə görə Rustavi super şəhərdi. Sakitçilikdi…

  2. Hər gün tranzit olaraq paytaxta keçib getdiyim şəhərin bu qədər gözəl olduğunu digər soydaşlarımıza çatdırdığınız üçün təşəkkür!!

  3. Buyurun. Diqqətinizə görə çox sağ olun, minnətdaram.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: