Qəlbləri fəth edən musiqilər
Musiqi-duyğudur. Musiqi-düşüncədir. Musiqi-həyatdır. Elə musiqilər var ki, heç vaxt unudulmayıb, daim yaddaşlarda yaşayır. O musiqilər ki, hər dəfə dinlədikcə doymaq bilmirsən. Belə musiqilər məhz qəlbləri fəth edən musiqilərdir. Belə musiqiləridə yaşadan, yaşatdıran təbii ki, onların ifaçılarıdır. Mükəmməl ifaçı, mükəmməl musiqi deməkdir. Bunların hər ikisi bir bir ilə vəhdət təşkil edəndə insan həzz almaya bilmir. Həyatı musiqisiz təsəvvür etmək çətindir. Musiqi həyatımızın bir hissəsidir. Sizə ən sevdiyim bir neçə musiqini təqdim edirəm. Ümid edirəm sizin də qəlbinizi fəth edəcək. Sonda isə sözlərimi Azər Nəzərovun fikri ilə tamamlamaq istəyirəm. Musiqi ruhun qidasıdır. Ruhunuza nuş olsun!
16/09/2011 tarixində Musiqi içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.
Bir şərh yazın
0 şərh