Bloqosfer 2011’də gördüklərim, eşitdiklərim, çəkdiklərim…

Bir neçə gün bundan qabaq Nabranda təşkil olunmuş Bloqosferin II forumu baş tutmuşdu. 2-4 sentyabr aralığında keçirilmiş forumda bloqçularla yanaşı yeni media mütəxəssisləri jurnalistlər və.s iştirak edirdilər. Forum ərzində müxtəlif çıxışlar təqdimatlar tənqidlər hətta təhqirlər belə oldu. Forum da iştirak edən bir çox bloqçular artıq bloqlarında bu haqda yazılar yazıblar. Mən təkrar olunmuş mövzu haqda yazmaq istəmirəm. Ona görə də qıcasa olaraq gördüklərim, eşitdiklərim, çəkdiklərim barədə sizlərələ paylaşacam.

Gördüklərim…

Tədbirin təşkil olunacağı yer möhtəşəm olmasa da yaxşı idi. Amma forumda İnternetə çıxışın olmaması və mikrafonlarda olan qüsurlar heç ürəkaçan deyildi. Amma bir bloqçu olaraq virtual olaraq tanıdığım bloqçu və jurnalistləri realda da tanımağım xoş oldu. Bir şey də diqqətimdən yayınmadı. Nədənsə bloqçular bir birləri ilə məsafə saxlayırdılar. Hər halda gördüklərimdən bələ qənaətə gəldim. Bəlkə də ola bilsin yanılıram. Amma mən gördüyümü gördüm…

Eşitdiklərim…

Bu forumda çox şey eşitdim. Forum zamanı maraqlı fikirlər, ideyalar, təkliflər səsləndi. Bəzən fikirlər təkliflər müsbət bəzən isə mənfi qarşılanırdı. Bundan başqa misal üçün bir nəfərin forumu klounada adlandıraraq iştirakçıları təhqir etməsi daha sonra sözünü geri götürərək heç kəsə aid etməməsi yadda qalan məqamlardan və bu VİDEOnun yaranmasına səbəb oldu. İlqar Mirzənin də buna adekvat cavabı lap elə yerinə düşdü. “İnsanlar İnternetdə yazdıqlarını real həyatda deməyi bacarmalıdır! ” 

Çəkdiklərim…

Forum zamanı fotoaparatı olan bloqçulardan başqa bir neçə peşəkar foto jurnalistlər də var idi. Fotoaparatım həvəskar olsada çalışdım ki, yaxşı kadrlar çəkim. Bir çox şəkillərin arasından ən maraqlı olanları seçdim. Bilmirəm necə alındı. Amma onları isə sizin öhdənizə buraxıram. Baxın bir daha Bloqosfer 2011 yada salın, xatırlayın, qiymət verin, bəyəndinizsə yazını paylaşmağı unutmayın 🙂 Diqqətinizə görə də çox sağ olun! 🙂 

P.S. Sonuncu kollektiv şəkilin müəllifi Vahid Qasımovdur.

P.S.S. Forumu təşkil etdikləri üçün həm təşkilatçılara həm də iştirakçılara təşəkkür edirəm! 

Bu slaydşou üçün JavaScript lazımdır.

Advertisements

07/09/2011 tarixində Bloqosfer 2011 içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Şəkillər çox qəşəngdirlər. Hətta birini save elədim də 🙂 Əllərinə bir də kamerana sağlıq 🙂 Bu arada, gördüklərinə tamamilə qatılıram. Mən də hiss etdim bunu…

  2. Təşəkkür edirəm! Bəyəndiyinə sevindim 🙂 Ola bilsin ki, tanışlıq olmadığına görə belə idi.

  3. Gözəl yazıdır, amma çox qısadır. Ətraflı yazsaydın daha maraqlı olardı, çünki 3 günlük forum idi 🙂

    P.S. Bu şəkillər heç məndə yoxdur 🙂

  4. Bəyəndiyin üçün təşəkkür edirəm! Geniş yazmağa ehtiyac görmədim. Çünki bir çox bloqçular ətraflı yazmışdı. Ona görə də yazını qısa və bir neçə şəkillərlə olmasına üstünlük verdim 🙂 Amma gələn dəfə nəzərə alaram 😉

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: