Tənha balıqçı

Haqqında yazacağım “Tənha balıqçı” bu yaxınlarda evində bir gün qaldığımız Əli kişi barədədir. Lənkaranın Nərimanabad kəndində yaşayan bu şəxslə bu ay tanış olduq. Onunla tanışlığımız isə təsadüfən oldu. Beləki taksi ilə kəndə gələndə onunla yolda rastlaşdıq. Sürücü saxladı və ondan 1 günlük qalmaq üçün yer soruşdu. O isə bildirdi ki, məndə qalmağa şərait var. Maşına oturdu bizimlə birlikdə evinə getdik. Düşdük yüklərimizi boşaltdıq. O isə bizə harasa gedəcəyini və 1 saatdan sonra qayıdacağını dedi. Evin iki açarlarını bizə verdi və getdi. Bizdə evə keçdik və əşyalarımızı yerbəyer etdik. Ev böyük olmasa da 3 otaqdan ibarət idi. Evin çox da böyük olmayan həyətində yarı qurumuş bir neçə balaca ağacda var idi.

Bu arada almanlar dənizə getdilər Mən isə onlara bildirdim ki, siz gedin tez qayıdın sonra Əli kişi ilə hamımız birlikdə gedəyin. Bir az keçmişdi ki, Əli kişi gəldi. Bildirdim ki, məndə dənizə getmək istəyirəm o isə yemək yeyəndən sonra gedərik dedi. Sonra almanlar dedikləri vaxtda gəldilər alman dəqiqliyi dəqiq oldu, yanlış olmadı 🙂

Amma bütün bunlara qədər yemək zamanı Əli kişi ilə söhbətimiz oldu. Əsl adı Əli olsada amma hamı onu Nərimanabad da Ədalət kimi tanıyır. Əvvəl bura nə üçün bura gəldiyimizi ona danışdım. Bundan sonra o isə özü haqqında məlumat verməyə başladı. Bildirdi ki, bu kəndə 11 il bundan qabaq gəlib. O zaman indiki evini çox ucuz qiymətə alıbmış.  Ömrümün çox bir neçə nə az nə çox 20 il Rusiyanın Rostov şəhərində keçirmişəm. Hal hazırdada Rusiya vətandaşıyam. İndi heç Şəxsiyyət vəsiqəm də yoxdur. Amma bu günə qədər müraciət etsəmdə Azərbaycan vətəndaşlığını hələ də ala bilməmişəm. Bu haqda bir qədər sonra…

Orada çox yaxşı imkanım şəraitim var idi. İşləyirdim, yaxşı pul qazanırdım. Günlərim yaxşı keçirdi. Amma bir gün elə xəbər eşitdim ki, əlim qolum qırıldı. Xəbər aldım ki, oğlum Aslan dostları ilə çayda çiməndə və suya baş vuranda başı daşa dəydiyindən keçinib. Bu xəbər məni çox sarsıtdı 😦 Geri qayıtmalı idim. Oğlumun meyitinin gətirəndə hətta Azərbaycan tərəfdən dövlət sərhəd xidmətinin əmakdaşları tabutu açdırıb, içinə baxmaq da istəyirdilər. Əli kişi isə oğlumun meyitidir. Bunun içində başqa nə ola bilər? Vəziyyət o həddə çatıbmış ki, işə rus sərhədçiləri qarışıb və bundan sonra məsələ həll olunub. Oğlunu torpağa tapşırandan sonra Əli kişinin daha da dərdli günləri başlayıb. Qızı ailə qurub, Bakıya köçdüyündən anası Əli kişinin yoldaşı da ora gedib. Təklif ediblər ki, səndə gəl amma o isə Nərimanabad da qalmağı üstün tutub. Artıq neçə ildir ki, ailəsindən, yoldaşından bir  xəbəri yoxdur 😦

Yuxarıda qeyd etdiyim kimi 11 ildir burada yaşamasına baxmayaraq Əli kişi hələ də vətəndaşlıq ala bilmir. Məni get gələ salırlar. Belə olan təqdirdə də iş tapa bilmirəm.  Tapanda da düzələ bilmirəm. Şəxsiyyət vəsiqəm olmadığına görə məni işə götürmürlər.

Bundan başqa Əli kişi maraqlı və qəribə etiraf etdi. Dedi ki, mənim soyadım Kərimovdur. O vaxtlar Rostovdan Azərbaycana gələndə məni hər dəfə sərhəddə saxlayırdılar. Səbəb isə mənim adım və soyadımın AXCP sədri Əli Kərimli ilə eyni olması idi. Buna görə başım çox ağrayıb 😦

Artıq neçə ildir balıq tuturam. Hər dəfə balıq tutanda anamgilə aparıram o da aparıb bazarda satır. Belə dolanıram. Çox qəribə də olsa Əli kişinin heç bir tanışı, dostu yox idi. O sadəcə tənha balıqçı idi. Hətta heç mobil telefonunun da yox idi. Əvvəl ev telefonu olub. Sonra bezdiyindən çıxardıb.

Biz dənizə gedəndə artıq hava qaralmağa başlayırdı. Sahil boyunca Xəzərin gözəlliyini, qağayıların havada dövrə vurmasını, balıqçı qayıqların sahildə yirğalanmasını seyr edib, gedirdik. Bir az getdikdən sonra dənizin kənarında 3 kişi məclis qurub, yeyib içirdilər. Onların yanından keçəndə bizi də dəvət etdilər. Tanış olub, söhbət etdik. Sonra məlum oldu ki, onlardan biri Əli kişinin 1977-ci ildən bəri görmədiyi dostu Abdulbağır imiş. Bir qədər söhbət etdikdən sonra bir birlərini tanıdılar və çox sevindilər. O zaman tənha balıqçının bir anlıq tənhalıq fikirləri yəqin ki, ondan bir az uzaqlaşmışdı…

Hər gün olduğu kimi biz gəldiyimiz gündə Əli kişi dənizə tor atmışdı. Balıq tutmağa həvəsim olduğundan ondan xahiş etdim ki, səhər dənizə gedəndə mənə də xəbər etsin. Həmin gün gecə güclü yağış da yağmışdı. Səhər yuxudan durduq. Səhər yeməyimizi yeyib, dənizə yollandıq. Bildirdi ki, torların yoxlanılması 20-30 dəqiqə çəkir. Əynini dəyişib, dənizə girdi. Məndə palçıqlıq olduğundan irəli gedə bilmədim. Qıraqdan baş verənləri seyr edirdim. Suya girdi torları qaldırıb, baxırdı. Amma hələ tora heç bir balıq da düşməmişdi. Bir az keçmişdi ki, sahilə doğru yaxınlaşdı və əlinin boş olduğunu gördüm. Hiss olunurdu ki, məyusdur 😦 Axı onun dolanışığı hər gün tutulan balıqlardan aslıdır. Məyus halda bildirdi ki, bəzən hətta 1 həftə belə balıq olmur…

Həmin gün günorta Bakıya getməli idik. Əli kişi bizə bildirdi ki, balıq tutsa idim, sizdən qalmağa görə heç pul almazdım. Bax beləcə tənha balıqçı ilə sağollaşıb, onu tənhalıqla baş başa buraxdıb, Nərimanabadı tərk etdik…

Advertisements

01/09/2011 tarixində Əhvalat içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Tənhalıq həyatın ən ağır cəzasıdır mənim fikrimcə…Hər şeyini itirsə də insanlıq hissini qazanmağı bacarıb…Ən əsası isə budur. Necə deyərlər “Ac ol, kişi ol”. Yazıya görə təşəkkürlər Yaşar…

  2. Diqqətinə görə minnətdaram, Türkan!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: