Sumqayıt bloq təlimləri və təəssüratlarım

Bir neçə gün bundan qabaq Sumqayıtda bloq təlimi keçirdik. Təlimi mən və İlqar Mirzə tərəfindən aparılırdı. İyulun 18-19-22 tarixlərində keçirdiyimiz təlimlər haqda qərara gəldim ki, bir yazı yazım. Yadımdadır bundan bir müddət əvvəl Mingəçevirdə 1 günlük təlim keçmişdim və mənə çox maraqlı gəlmişdi. Sumqayıt təlimləri də eynən bu cür oldu.

Bir qədər haşiyəyə çıxaraq qeyd edim ki, Sumqayıtda sonuncu dəfə təxminən 5-6 il bundan qabaq olmuşdum. Bu müddət ərzində şəhərdə bir neçə dəyişikliyin şahidi oldum. Amma ilk gözümə sataşan şəhərin mərkəzində yerləşən binaların damın qırmızı rəngdə ötrülməsi idi. Bu da binaya xüsusi gözəllik verirdi. Təəssüf ki, binaların şəklini həm çəkə həm də şəhəri gəzə bilmədim 😦 Bundan başqa şəhərdə həmçinin yolun kənarında qazıntı işləri də aparılırdı.

IREX İcma Məlumat Mərkəzində təşkil etdiyimiz təlimlər faydalı və maraqlı keçdi yazsam yəqin ki, yanılmaram. Çünki ən azından uşaqlar buna cəhd edirdilər və düşünürəm ki, alınırdı. Uşaqlar arasında əvvəl keçirilmiş təlimlərdə yenidən iştirak edənlərdə var idi. Ona görə də onlar üçün bu təlim yeni deyildi. 3 gün ərzində təlim iştirakçıları bloq haqqında kifayət qədər məlumat aldılar. Uşaqların demək olar ki, hamısı fəal olub, məlumatlanmağa, öyrənməyə çalışırdılar. Təlimdə iştirak etmiş bloqlar və onların müəlliflərini sizə təqdim edirəm. Yazıları oxuyun. Bəyəndinizsə, paylaşmağı unutmayın 🙂

  1. ekosumgenc.wordpress.com (Əli Mirzəyev)
  2. menveonlar.wordpress.com (Şəbnəm Elçinqızı)
  3. rengareng.wordpress.com (Tunzalə Şərifzadə)
  4. elvin351.wordpress.com (Elvin Şahsuvarlı)
  5. refalemuxtarli.wordpress.com (Rəfalə Muxtarlı)
  6. kvartetcapi.woprdpress.com (İlhamiyyə Babazadə, Pərvin Hacıyev)
  7. javideas.wordpress.com (Cavid Həsənov)
  8. ilkinbloqum.wordpress.com (İlkin Cavadlı)
  9. fizzeqedimova.wordpress.com (Fizzə Qədimova)
  10. zeytuncu.wordpress.com (Aytən Rzayeva)
Ümid edirəm ki, təlim keçdiyimiz uşaqlar təlim xatirinə təlimdə iştirak etməyiblər və fəaliyyətlərini də bu sahədə bundan sonra da davam etdirəcəklər. Gənc Bloqçular Şəbəkəsi adından təlimlərdə iştirak etmiş hər bir bloqçuya təşəkkür edib, uğurlar arzulayıram.
P.S. Dostlar, Facebook da Gənc Bloqçular qrupuna qoşulub, yazılarınızı paylaşa bilərsiniz.
Advertisements

27/07/2011 tarixində Təəssüratlar içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. Mən də öz növbəmdə sənə və İlqara təşəkkürümü bildirirəm və yenidən Sumqayıtda görməyə şad olaram 🙂

  2. Ay da lap bizə keçilən blog təlimi yadıma düşdü İlqa Mirza və Babanın. İnşallah yaxşı olar. Amma əsas deyəsən blogu açmaq deyile. :/ Sonra onu davam etdirmək çətin məsələdir.
    Birdə burda axı məncə daha əvvəldən açılan bloglar da var axı?

    • Hər şey başlanğıcdan başlayır. Əgər nəsə etməyə can atırsansa, onu həvəslə yerinə yetirməyə çalışırsansa, demək çətin olmayacaq. Əvvəl keçirilmiş təlimlərdə iştirak edən var idi, amma yenə də həmin bloqu paylaşmağı lazım bildim 🙂

  3. Yaxşı yazmısan amma deyəsən mən bu təlimdə 3-cü dəfə iştirak etdiyimə və bəzi səbəblərə görə təlimlərdə tam iştirak etmədiyimə görə mənim bloqumun adı yazılmayıb)))) Amma yenə də maraqlı təlim idi həqiqətən 3-cü dəfə iştirak etməyimə baxmayaraq yeni şeylər öyrəndim.

  4. Gözəl =). Şəbəkəmiz artır. Uğurlar hər kəsə!

  5. salam mən dayaq.org saytının adminiyəm ibrahim sel jurnalist bu yazını o sayta qoyduq
    bizim bir neçə qəzet çıxır yeni xəbər millətim və sair. bu bloggerləri həmin qəzetlərlə əməkdaşlığa çağırırıq. qəzetimiz təmənnasız olaraq sizlərə köşə, yazı, məqalə yeri verir. ürək sözlərinizi, ya bloglara qoyduğunuz yazıları orda dərc elətdirin, tanının. mənim emailim profliqa@ mail.ru-dur. zəhmət olmasa bu uşaqların hamısına deyin qəzet sizə yer verir

  6. Salam, İbrahim bəy. Yazımı paylaşdığınız, təklifiniz və diqqətiniz üçün təşəkkür edirəm! Artıq saytınıza üzv oldum. Yeni yazılarımı http://www.dayaq org oxucuları ilə də bölüşməyə hazıram.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: